23 Sentyabr 2021 00:30
926
CƏMİYYƏT
A- A+

“Mənim atam qəhrəmandır” və

 

“Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” adlı layihənin növbəti silsilə tədbiri bu dəfə Şuşa şəhərində keçirilib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən AZƏRTAC-a bildiriblər ki, şəhid övladları səhər

saatlarında hərbi polisin müşayiəti ilə onlara ayrılmış avtobuslarda Şuşa şəhərinə istiqamət alıblar. Şuşa şəhərinə “Zəfər marşı”nı ifa edərək daxil olan şəhid övladları tədbirə öz atalarının rəsmi həkk olunmuş geyimlərdə, digər uşaqlar subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə qatılıblar.

Şuşaya çatarkən onları İsa bulağında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qarşılayıb. Səhər yeməyi ərəfəsində doğum günü həmin günə təsadüf edən şəhid Ramid Hacıyevin övladı Əlini hər kəs təbrik edib. Aydın Kərimov şəhidimizin balaca balasını hədiyyə ilə sevindirib və onun üçün Şuşada hazırlanmış tort kəsilib.

Bundan sonra tədbir iştirakçıları Yuxarı Gövhərağa məscidinə gediblər. Orada general-mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla şəhid anaları namaz qılıb, Allaha dua ediblər.

Tədbirə qatılan Olimpiya çempionlarımız Cıdır düzündə uşaqlar üçün güləş təlimi keçiblər. Yarışın sonunda Olimpiya çempionları həm əylənən, həm də yarışan uşaqların hər birini birinci yer medalı ilə təltif ediblər.

Tədbirin gedişində şəhid anaları Şuşa qalasının önündə şəhidlərimizin ruhuna ehsan bişirərək hazırda Şuşada xidmət edən əsgərlərə veriblər.

Sonra tədbirin rəsmi hissəsi keçirilib. Rəsmi hissədə aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra hamını müzəffər Ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Tədbirin ikinci aparıcısı Lalə Azərtaş general-mayor Polad Həşimovun anası Səmayə xanıma söz verib. “Bu torpaqları gördükcə bir daha təsəvvür edirəm ki, burada necə ağır döyüşlər gedib, oğullarımız, şəhid balalarımız necə qəhrəmanlıqlar göstəriblər”, - deyən şəhid anası qeyd edib ki, övlad həsrətinə dözmək çətin olsa da, oğlunun zəfərimizin bir parçası olması ilə qürur hissi keçirir. 

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov şəhid analarına minnətdarlıqlarını bildiriblər

Rəsmi hissənin sonunda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şəhid övladlarına “Xarıbülbül” döş nişanı hədiyyə ediblər.

Daha sonra qəhrəman övladları əsgərlərimizlə birlikdə Şuşa Qalasının önündəki “Xarıbülbül” nişanını torpağa bərkidiblər. Bu zaman şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov çıxış üçün söz istəyərək, təşkilatçılardan ona verilən “Xarıbülbül” nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya göndərmələrini xahiş edib.

Qeyd edək ki, tədbirə fəxri qonaq qismində qatılan Azərbaycanın Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Rasim Balayev, Nurəddin Mehdixanlı şəhid övladları, şəhid anaları ilə öz hisslərini bölüşüb, səmərəli vaxt keçiriblər. Zülfiyyə Xanbabayeva Cıdır düzündə “Şuşanın dağları” mahnısını ifa edib.

Tədbirin sonunda Cıdır düzündə şəhid övladları sənət adamları ilə birlikdə “Zəfər marşı”nı ifa edərək səmaya ağ göyərçinlər uçurublar və bununla da dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasınlar!” mesajını veriblər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video