08 Sentyabr 2021 12:09
999
DÜNYA
A- A+

Məhkəmə Ermənistanın sabiq baş prokurorunun həbsinə qərar verib

 

İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistanın sabiq baş prokuroru, istintaq komitəsinin keçmiş sədri Aqvan Ovsepyanın həbs olunması barədə qərar qəbul edib. Sabiq baş prokuror xüsusilə külli miqdarda rüşvət almaqda, həmçinin əmlakın oğurlanmasında və pul vəsaitlərinin yuyulmasında təqsirkar bilinir.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ovsepyanın vəkili bildirib. Onun sözlərinə görə, rəsmi qərar alındıqdan sonra ondan apelyasiya məhkəməsinə şikayət olunacaq.

Ermənistanın xüsusi istintaq xidməti dünən axşam keçmiş baş prokurorun həbsi barədə qərar çıxararaq onu 190 milyon dram (380 min ABŞ dolları) məbləğində rüşvət alınmasında, 800 milyon dram (1,6 milyon dollar) həcmində əmlakın oğurlanmasında, habelə ümumi həcmi 1,299 milyard dram (2,6 milyon dollar) olan pulun yuyulmasında ittiham edib.

2003-2014-cü illərdə baş prokuror, 2014-2018-ci illərdə isə istintaq komitəsinin sədri postlarını tutan Aqvan Ovsepyan prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın hakimiyyəti dövründə ölkənin ən nüfuzlu məmurlarından biri sayılırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video