25 Yanvar 2021 17:55
1042
Elm və texnika
A- A+

MEDİA silsilə təbirlərinə ADA Universiteti ilə başlayıb

 

Bu ay dövlətimizin başçısının Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) 2021-ci il üçün nəzərdə tutduğu silsilə tədbirlərin həyata keçirilməsini ADA Universiteti ilə birgə təşkil edilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlarla başlayıb.

ADA-dan AZƏRTAC-a bildirilib ki, universitetin İxtisasartırma Proqramının mütəxəssisləri tərəfindən aparılan seminarlarda dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətləri rəhbərləri, ictimaiyyətlə əlaqələr və mətbuatla iş üzrə məsul əməkdaşları iştirak edirlər. Seminarlarda məqsəd dövlət və ictimai sektor qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.

Seminarda ADA Universitetinin media sahəsi üzrə yerli və xarici tədqiqatçıları ilə yanaşı, biznes sektorunun mütəxəssisləri və ölkənin multimedia platformasının aparıcı üzvləri ilə panel müzakirələr təşkil edilib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev seminar iştirakçıları qarşısında ustad dərsi ilə çıxış edib. İnteraktiv müzakirələr zamanı mətbuat xidməti rəhbərləri “İctimai əlaqələr şöbəsinin təşkilatdakı məqsədi və rolu”, “Kommunikasiya planı və gündəlik media təmasları: proaktiv və reaktiv strategiyalar”, “Böhran vəziyyətlərində kommunikasiyanın qurulması” kimi mövzularda fikir mübadiləsinə qoşularaq, müasir media mühitindəki çağırışlara yeni həll yolları axtarıblar. Seminar digər mühazirəçilərin çıxışları ilə sabah da davam etdiriləcək.

Xatırladaq ki, Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidenti tərəfindən medianın inkişafının dəstəklənməsi, bu sahədə təsisat quruculuğu işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video