13 Sentyabr 2021 13:39
544
Mədəniyyət
A- A+

Mədəniyyət naziri G20 Sammiti çərçivəsində İtaliyada keçirilən Dinlərarası Forumla bağlı Bolonyada səfərdədir

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Maliklə birgə “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyası ilə bağlı üçtərəfli görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüşdə əsas mövzu Azərbaycanın yeni təşəbbüsü olan “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının beynəlxalq sferada uğurla həyata keçirilməsi, BMT sistemində onun təbliği, eyni zamanda, islam ölkələri və İslam Əməkdaşlıq Təşkilatına daxil olan müxtəlif təşkilatlar vasitəsilə təşviqinə dair müzakirələr aparılıb.

Həmçinin görüşdə “Bakı prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və bu çərçivədə Azərbaycanla həm BMT-nin Sivilizasiyalar Alyansı, həm də ICESCO ilə birgə həyata keçirilən layihələr barədə fikir mübadiləsi olub.

Nazir A.Kərimov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək dəstəyin ifadə olunduğunu və bu istiqamətdə Mədəniyyət Nazirliyinə konkret tapşırıqların verildiyini diqqətə çatdırıb. Eyni zamanda, bu layihə çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə beşillik fəaliyyət planının hazırlanması, həmçinin fəaliyyət planında BMT-nin Sivilizasiyalar Alyansı ilə yanaşı ICESCO-nun da tərəfdaş qismində müxtəlif layihə və proqramlarının əks olunmasının vacibliyini qeyd edib.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos iyun ayında ölkəmizə səfəri zamanı Azərbaycanda ona göstərilən yüksək qonaqpərvərliyə görə təşkilat adından təşəkkürünü bildirib, Prezident İlham Əliyevlə keçirilən görüşü xatırladaraq, müzakirələr zamanı bu istiqamətdə müxtəlif ideyaların irəli sürüldüyünü diqqətə çatdırıb. Həmçinin onun tərəfindən bu qlobal kampaniyaya hər cür dəstək veriləcəyini, BMT-də bu layihənin təqdimatının keçiriləcəyini, eyni zamanda, BMT Sivilizasiya Alyansı olaraq layihəyə qlobal tərəfdaşların cəlb edilməsində mühüm rol oynayacaqlarını diqqətə çatdırıb.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik bu qlobal layihəyə təşkilat tərəfindən də böyük önəm verildiyini vurğulayıb, hətta layihənin təsis olunduğu tədbirdə təqdim olunan videomüraciətində təşkilat olaraq layihəyə dəstəyin ifadə olunduğunu xatırladıb. ICESCO-nun hazırda bir çox sülhyaratma layihələri ilə bağlı ideyalarının olduğunu da bildirib. Hazırda təməli qoyulan bir çox layihənin gələcəkdə kampaniya çərçivəsində inteqrasiyasının vacibliyindən danışıb.

Görüşdə layihəyə yeni tərəfdaşların cəlb edilməsi üçün gələcəkdə qlobal tərəfdaşlıq şəbəkəsinin qurulması, eləcə də bu ilin sonunadək bir sıra vacib addımların atılması qərara alınıb. Xüsusən BMT-də layihənin təqdim edilməsinin, həmçinin cari ilin dekabrında ICESCO-nun Baş Konfransında layihə ilə bağlı təqdimatın keçirilməsinin vacibliyi qeyd olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video