19 May 2012 12:05
334
Mədəniyyət
A- A+

Mayın 22-də keçiriləcək I yarımfinala vəsiqə qazanmış iştirakçılar

 

Monteneqro

Rambo Amadeus

 

Monteneqroda keçirilən milli seçim turlarında "Eurovision-2012" təmsilçisi Rambo Amadeus seçilib. Əsl adı Antoniye Puşiç (Antonije Pusic) olan Rambo Amadeus 1963-cü ildə doğulub. Təmsilçi bildirib ki, müsabiqədə iştirak etməkdə əsas məqsədi Monteneqronu brend, turizm ölkəsi kimi tanıtmaqdır.

 

 

İslandiya

Qreta Salome & Yonsi

İslandiya "Eurovison - 2012"-də duetlə təmsil olunur. İslandiyalı müğənni və skripkaçı Qreta Salome (Greta Salome Stefansdottir) 1986-cı ildə dünyaya gəlib. Uşaq yaşlarından musiqi fəaliyyəti ilə məşğuldur. 4 yaşından skripkada ifa etməyə başlayıb. Onun duet ortağı Yonsi (Jonsi) təxəllüslü İslandiya müğənnisi Jon Josef Snabjornsson 1977-ci ildə doğulub. Musiqi karyerasına 1997-ci ildən başlayıb. 1998-ci ildən "İn black clothing" qrupunun üzvüdür. İlk debütünü həmin qrupun tərkibində 1999-cu ildə edib.

 

Yunanıstan

Eleftheria

Eleftheria Eleftheriou 1989-cu il, mayın 12-də Kiprdə anadan olub. Səhnədə "Elle" adı ilə də tanınır. O, daha çox Yunanıstanın "The X Factor" televiziya müsabiqəsindən məşhurlaşıb. 2006-cı ildə "Play That Melody To Me" mahnısı ilə Kiprin, 2010-cu ildə "Tables İs Turning" mahnısı ilə Yunanıstanın "Eurovision" milli seçimlərində iştirak edib. Eleftheria Eleftheriou vokal və rəqs imkanları ilə yanaşı, pianoda gözəl ifa etməyi də bacarır. O, ölkəsini 57-ci "Eurovision" mahnı müsabiqəsində "Aphrodisiac" mahnısı ilə təmsil edəcək.

 

Latviya

Anmari

 Əslən rusiyalı olan Anmari (Anmary) Latviya Musiqi Akademiyasını bitirib. Latviyada keçirilən "Talantu Fabrika 2" müsabiqəsində ikinci yerə sahib olub və qısa müddətdə ölkəsində tanınmağa başlayıb. Milli seçimlərin əsas finalında 3 ifaçı arasından ölkə təmsilçisi seçilib.

 

 

Albaniya

Rona Nişliu

Albaniyanı "Eurovision" mahnı müsabiqəsində Rona Nişliu (Rona Nishliu) təmsil edəcək. Kosovonun Mitrovica şəhərində anadan olan Rona Nişliu möhtəşəm "Eurovision" səhnəsində "Suus" adlı mahnı ilə ölkəsini qalib etmək uğrunda mübarizə aparacaq.

 

 

Rumıniya

"Mandinga"

"Mandinga" qrupu 2002-ci ildən fəaliyyət göstərir. Tərkibi 10 musiqiçidən ibarətdir. Qrupun bu vaxtadək 4 musiqi albomu buraxılıb. "Mandinga" "Eurovision-2012" şousunda Rumıniyanı ispan və ingilis dili, Latın Amerikası ritmlərində yazılan "Zaleilah" mahnısı ilə təmsil edəcək.

 

 

İsveçrə

"Sinplus"

İsveçrəni "Eurovision - 2012"-də "Sinplus" qrupu təmsil edəcək. Qrupun yaradıcıları İvan və Qabriel qardaşlarıdır. Qardaşların Bakı səhnəsində "Unbreakable" mahnısı ilə çıxış edəcəyi açıqlanıb.

 

 

Belçika

Laura van den Bruel

Belçikanı "Eurovision" mahnı müsabiqəsi 2012-də 16 yaşlı Laura van den Bruel (İris) təmsil edəcək. İris daha çox "country pop" üslubundakı mahnılara üstünlük verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video