22 Iyun 2021 01:05
963
CƏMİYYƏT
A- A+

Masazırda şəhidlərin adına abidə-bulaq kompleksi tikilib

 

Masazır kəndində Vətən müharibəsində şəhid olan Zaur Zahir oğlu Dövlətov və Elxan Maarif oğlu Hüseynovun xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub.

Şəhid ailələrinin, kənd camaatının və rayon ictimaiyyətinin iştirakı ilə bulaq kompleksi istifadəyə verilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək Azərbaycan igidlərinin öz müqəddəs borclarını yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgərlərimizin döyüş əzmi sayəsində Qarabağın işğaldan azad olunduğunu deyən İ.Gülməmmədova bildirib ki, istifadəyə verilən abidə-bulaq kompleksi öz canını vətən yolunda əsirgəməyən iki şəhidimizin əziz xatirəsinə ucaldılıb.

Sonra şəhidlərə həsr olunan şeirlər səsləndirilib. Gənclərə örnək olan Z.Dövlətov və E.Hüseynovun yaxınları xatirələrini danışıblar. Sonda şəhidlərimizin ruhuna dualar oxunub.

 

Akif ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video