04 Avqust 2021 22:29
1174
CƏMİYYƏT
A- A+

“Marş İrəli–3” başa çatıb

 

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Marş İrəli” layihəsinin 3-cü mövsümü uğurla başa çatıb.

Layihə 2021-ci il üzrə “Gənclər Paytaxtı” seçilmiş Göygöl rayonunda keçirilib. Düşərgədə gender balansı saxlanılmaqla ilkin müraciət və müsahibə mərhələlərindən uğurla keçmiş 100-ə yaxın gənc iştirak edib.

“İrəli” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihənin ilk günündə gənclər Göygöl rayon Şəhidlər xiyabanında Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət ediblər.

Sonra layihənin açılış mərasimi keçirilib.

Tədbirdə silsilə layihə haqqında geniş məlumat verilib.

Ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərinə qoşulan gənclər düşərgə müddətində “Azərbaycan dövlətinin təşəkkül tarixi, qədim Azərbaycan” mövzusunda görüşdə Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Aprel qazisi Loğman Məmmədov tərəfindən “Hərbi hazırlıq, Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən “Silahlarla tanışlıq və rəftar”, “Döyüş şəraitində ilkin tibbi yardım”, ANAMA tərəfindən “Mina təhlükəsizliyi”, Azərbaycan Respublikasının Prezident mükafatçısı, Əlbəyaxa döyüş və xüsusi hazırlıq üzrə təlimatçı, DİN-in İdman Cəmiyyətinin baş məşqçi-müəllimi, Kombat Cui-Citsu Federasiyasının prezidenti Rəsul Məmmədov tərəfindən “Əlbəyaxa Döyüş”, Şəfəq Fətullayeva tərəfindən “Media savadlılığı və informasiya kirliliyi”, PUA-lar üzrə mütəxəssis, mühəndis pilot Hafiz Quluzadə tərəfindən “PUA-lar və onların Vətən müharibəsində rolu” və digər mövzularda təlim sessiyalarında iştirak ediblər. Həmçinin layihə iştirakçılarına müharibə cinayətlərinə dair məlumatlandırıcı seminarlar da həyata keçirilib.

Bununla yanaşı, layihədə atıcılıq, tibbi estafet yarışları da keçirilib, hərbi mövzuda “Nə? Harada? Nə zaman?”, “Axtar tap!”, maneəli qaçış, bıçaqatma, ipdartma və s. oyunlarında komandalar birincilik uğrunda mübarizə aparıblar. Gənclərin fəaliyyətləri, həmçinin müxtəlif mövzularda komanda təqdimatları, yürüş və ekskursiyalar ilə davam edib.

Qeyd olunub ki, hazırkı dövrədək “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsinin iki mövsümünü uğurla həyata keçirib. Layihənin ilk mövsümü Ağdam, ikinci mövsümü isə Goranboy rayonunda keçirilib. Silsilə layihədə ümumilikdə 400-ə yaxın gənc iştirak edib.

Layihə ərzində keçirilən yarışlarda qalib olmuş komandalar müəyyənləşdirilərək fəxri fərman, diplom və digər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Bundan sonra da təşkilat tərəfindən gənclərdə hərbi vətənpərvərlik ruhunun aşılanması, gənclərin düşüncəsində Vətənə sədaqət məfkurəsinin genişləndirilməsi, fiziki davamlılığın artırılması, sağlam düşüncəli, rəqabətədavamlı gəncliyin inkişafında dövlət gənclər siyasətinə töhfə vermək məqsədilə tədbirlər davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video