20 May 2014 02:05
317
Səhiyyə
A- A+

Marqaret Çen: Dünyada ağır xəstəliklər törədən dörd virusun eyni zamanda yayılması faktı qeydə alınmışdır

Dünyada ağır xəstəlilər törədən dörd virusun eyni vaxtda yayılması faktı qeydə alınmışdır.

Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Marqaret Çen bu barədə Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 67-ci sessiyasını açan zaman məlumat vermişdir.
Onun sözlərinə görə, söhbət Yaxın Şərq respirator sindromu koronovirusundan (yoluxma hallarının çoxu Səudiyyə Ərəbistanında qeydə alınmışdır), Qvineyada Ebola qızdırmasının, habelə quş qripinin H5N1 və H7N9 ştammlarının yayılmasından gedir.
M.Çen vurğulamışdır ki, insanların həyat tərzinin dəyişməsi mikroblar dünyasının inkişafına yeni imkanlar yaratmışdır.
DST-nın aprelin sonunda dərc olunmuş məruzəsinə görə, antibiotiklərə qarşı davamlı olmaq problemi dünyanın hər yerində ictimai səhiyyə üçün başlıca risklərdən biridir. Tibb ekspertlərinin fikrincə, belə vəziyyət antibiotiklər erasının başa çatması ilə nəticələnə bilər. Nəticədə adi infeksiyalar yenə də öldürməyə başlayacaqdır.
M.Çen çıxışında poliomielit mövzusunun da aktual olduğunu xatırlatmışdır. Bu xəstəliyin Afrika və Asiya qitələrinin, o cümlədən Yaxın Şərqin 10 ölkəsində yayılması mayın əvvəlində DST tərəfindən “ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət” adlandırmışdır. DST-nin başçısı demişdir: “Poliomielit iki il əvvəl, demək olar, məğlub edilsə də, hazırda həmin qələbə bir o qədər də nəzərə çarpmır. Bu təhlükəli xəstəliyin Pakistan, Suriya və Kamerundan qonşu dövlətlərə yayılması halları qeydə alınmışdır. Xəstəliyin qurbanları, əsasən, beş yaşınadək uşaqlardır. Dünyada miqrantların kütləvi yerdəyişməsinə gətirib çıxaran çoxsaylı silahlı münaqişələr, sərhəd nəzarətinin zəif olması, vaksinasiyaya silahlı qruplaşmalar tərəfindən qadağa qoyulması və tibb işçilərinə hücumlar belə təhlükəli dəyişikliyin əsas səbəbidir”.
Heç şübhəsiz, DST-nin rəhbər orqanının mayın 24-dək davam edəcək sessiyasında iştirak edən nümayəndələr təbrik nitqində toxunulan mövzunu diskussiyalar zamanı müzakirə edəcəklər.
Sessiyada 2015-ci ildən sonrakı dövr ərzində vərəmin profilaktikası, müalicəsi və ona qarşı mübarizə sahəsində Qlobal strategiyanın və məqsədlərin qəbul edilməsi gözlənilir. DST-nin hesablamalarına görə, hər il dünyada vərəmə 8,6-9 milyon insan yoluxur, təqribən 3 milyon pasiyent müalicə olunmur, yarım milyon insanda çoxsaylı dərmanlara davamlı olan vərəm inkişaf edir. Hər il təqribən 1,4 milyon adam bu xəstəlikdən dünyasını dəyişir. Vərəm yoluxucu xəstəliklərdən ölüm hallarına görə İÇV/QİÇS-dən sonra ikinci yerdədir.
Bundan əlavə, sessiyada hər il təqribən 1,4 milyon insanın ölmünə səbəb olan hepatitə qarşı əlaqələndirilmiş qlobal fəaliyyət tələb edən qətnamənin qəbul olunacağı gözlənilir.
Vaksinlərə münasibətdə qlobal fəaliyyət planı, yeni doğulan körpələr arasında qarşısı alına biləcək ölüm hallarının aradan qaldırılmasına dair fəaliyyət planı, ana və südəmər uşaqların qidalanması, əlillik, uşaq sağlamlığı, dünyada ölüm hallarının əsas səbəblərindən biri olan qeyri-yoluxucu xəstəliklərin profilaktikası da müzakirə mövzusu olacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video