23 May 2021 00:15
3607
Elm və texnika
A- A+

Marafon yarışı və Olimpiya oyunları ilk dəfə Yunanıstanda baş tutub

 

Beynəlxalq idman aləminin ən populyar yarışlarından olan Olimpiya oyunları ilk dəfə Yunanıstanda, İdalı Heraklın (Zevsin oğlu Herakl ilə qarışdırılmamalıdır) şərəfinə təşkil edilib.

Belə ki, rəvayətə əsasən anası Reya yeni doğulmuş Zevsi kahinlərə verir. Həmin kahinlərdən beşi Krit adasında yerləşən İda şəhərindən Olimpiyaya gəlir. Həmin vaxt Olimpiyada artıq Kronosun şərəfinə ucaldılmış məbəd var idi. Hamını qaçış yarışlarında məğlub edən Herakl cır zeytun ağacının budağı ilə mükafatlandırılır. Herakl həm də yarışların Olimpiyaya gəlmiş idalı qardaşların sayına görə beş ildən bir (bütün illər sayılır) keçirilməsinin əsasını qoyur. Lakin sonra oyunların keçirilməsinə son qoyulur. Oyunlar bir də e.ə. 776-ci ildə bərpa edilir.

Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz düşəndə oyunların əsası bir növ dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslandırılırdı. Burada stadion, teatr və məbəd müqəddəs yer sayılıb.

Marafon qaçışı da ilk dəfə Yunanıstanda yaranaraq dünyaya  yayılıb. E.ə. 490-cu ildə İran ordusu Naksos adasını, Evbeya adalarında Karistos və Eretriya şəhərlərini tutaraq Afinadan 42 km aralı Marafon düzənliyinə gəlib çatır. Bu döyüşdə İran ordusu böyük itkilər verir. Yunan döyüşçülərindən biri Fiddipid bu qələbə xəbərini Marafon düzənliyindən Afinaya qədər 42 km qaçaraq çatdırıb. Lakin onun ürəyi partlayaraq ölüb. Marafon qaçışı da ilk dəfə Yunanıstanda həmin döyüşçünün şərəfinə yaranıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video