27 Aprel 2012 12:04
534
Elm və texnika
A- A+

Maqnit fırtınaları kapilyarlarda qan dövriyyəsini zəiflədir

 

Geomaqnit aktivliyinin səviyyəsi insanın kapilyar damarlarında qanın hərəkət sürətinə təsir göstərir. Bu nəticə planetlərarası uçuşun modelləşdirilməsindən ibarət  "Mars 500" eksperimenti zamanı əldə edilib.  Xatırladaq ki, Marsa pilotlu uçuşu imitasiya edən eksperiment Moskvada aparılıb. Mars şəraitinə uyğunlaşdırılmış xüsusi modullarda 520 sutka keçirən 7 astronavt ötən müddət ərzində müxtəlif elmi-tədqiqat institutları mütəxəssislərinin nəzarəti altında olub. Rusiya Elmlər Akademiyasının maqnetizmi, ionosferi və radiodalğaların yayılmasını öyrənən institut alimləri rəqəmsal optik kapilyaroskop vasitəsilə 58 məlumat qeydinin analizini aparıblar. Məlum olub ki,  geomaqnit aktivliyi dövrlərində astronavtların kapilyarlarında qanın sürəti iki dəfə aşağı düşüb. 
RF Elmlər Akademiyasının təşəbbüsü ilə  keçirilən beynəlxalq simpoziumda   rusiyalı alimlər Mars şəraitinin insan sağlamlığına çox ciddi  mənfi təsir göstərəcəyini söyləyiblər. Onların fikrincə, qırmızı planetdəki şərait astronomların  ürək ritmini poza, dözümlülük və iş qabiliyyətlərini aşağı sala, gələcəkdə DNT səviyyəsində genetik dəyişiklik törədə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video