17:02 30 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
11:39 30.07.2021 Şuşanın dağları
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mançinidən qələbə şərhi

ANA SƏHİFƏ / İDMAN
01:18 18.06.2021

 

“Yaxşı oynadıq. Çətin oyun idi. İsveçrə fiziki cəhətdən güclü komandadır. Başlanğıcda bəzi problemlərimiz oldu, amma sonra oyunu düzəldib layiqli qələbə qazandıq”.

Bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini “Avro-2020”nin qrup mərhələsinin 2-ci turunda İsveçrəyə 3:0 hesabı ilə qalib gələrək pley-off vəsiqəni təmin etdikləri oyundan sonra deyib.

Mançini sözügedən görüşdə dubla imza atan Manuel Lokatelli haqda da danışıb: “O, fenomenal bir qarşılaşma keçirdi. Bir yarımmüdafiəçi üçün iki qol vurmaq o qədər də asan deyil. Birinci qolda əla bir kombinasiya qurduq, ikincisində isə hər şeyi həll edən fərdi bacarıq idi. Bütün komanda əlindən gələni edirdi və bu beş gündə ikinci oyun olduğunu nəzərə alsaq, bu qələbələr ikiqat xoşdur”.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM