13 Aprel 2021 01:44
604
SİYASƏT
A- A+

Maltepe Universitetinin professoru: “Azərbaycan həm iqtisadi, həm də hərbi güc baxımından bölgənin lider ölkəsidir”

 

“İkinci Qarabağ müharibəsindən sonra yenidən Azərbaycanda olduğum üçün çox məmnunam. Azərbaycanın doğma torpaqlarını işğaldan azad etməsi bizi sevindirdi. Uzun illərdir bu Qələbənin əldə olunması üçün səy göstərən Azərbaycana Türkiyə böyük siyasi və  mənəvi dəstək göstərdi. Türkiyə xalqı hər zaman Azərbaycanla bağlı məsələlərdə 100 faiz dəstək verir. Bu dəfə də belə oldu”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ADA Universitetində jurnalistlərə açıqlamasında İstanbul şəhərindəki Maltepe Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin professoru Həsən Ünal deyib.

Hasan Ünal vurğulayıb ki, Azərbaycan bu gün bölgənin güclü ölkəsinə çevrilib. Vətən müharibəsində Azərbaycan bunu bir daha sübut etdi. Azərbaycan hərbi və iqtisadi üstünlüyün özündə olduğunu göstərdi. Bu gələcək üçün çox mühüm nəticələrə gətirib çıxaracaq.

Maltepe Universitetinin professoru qeyd edib ki, Türkiyə və Azərbaycan prezidentlərinin regionda altılıq formatında yeni əməkdaşlıq təklifi çox məqsədəuyğundur. Burada region ölkələrinin hamısının iştirakı ehtimal olunur. Digər region dövlətləri ilə yanaşı, Ermənistanın bu platformaya qoşulub-qoşulmayacağı bu ölkədəki vəziyyətin nəticələri ilə məlum olacaq. Hazırda Ermənistan süni dünyadan real dünyaya çevrilmənin çətinliklərini yaşayır. Ermənistanda onların özlərinin yaratdıqları mifoloji, süni “ideologiya” var idi. Hazırda isə bu süni “ideologiya” məhv olub. Bu, bəzən vətəndaş müharibələrinə səbəb olur.

O deyib: “Azərbaycan həm iqtisadi, həm də hərbi güc baxımından bölgənin lider ölkəsidir. Hesab edirəm ki, regional əməkdaşlıq bütün ölkələrə faydalı olacaq. Bundan başqa, Azərbaycan müharibə zamanı xarici siyasəti və həyata keçirdiyi diplomatiyası ilə həqiqətən çox böyük uğura imza atıb. Bu, tərəddüdsüz böyük zəfərdir. Azərbaycan Vətən müharibəsi zamanı döyüş meydanında Qələbə qazandı. Eyni zamanda diplomatiya və xarici siyasət sahəsində də böyük zəfər əldə etdi”.

Hasan Ünal bildirib ki, bundan sonra Türkiyə-Azərbaycan əlaqələri getdikcə bir çox sahələrdə daha da dərinləşəcək. Böyük lider, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı hər sahədəki əməkdaşlığımızda özünü göstərir. Vətən müharibəsində Türkiyənin mövqeyi, Azərbaycanın əldə etdiyi Zəfər, əslində, bu kəlamın reallıqda növbəti təzahürü oldu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video