13:27 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Maltanın «Eurovision-2012» təmsilçisi Bakıya gəlir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 07.02.2012

 

Maltanın "Eurovision-2012" təmsilçisi Kurt Calleja fevralın 12-də Bakıya gələcək və həmin gün Heydər Əliyev Sarayında keçiriləcək  Azərbaycanın "Eurovision-2012" təmsilçisinin seçimləri üzrə final yarışmasında  "This Is The Night" mahnısını ifa edəcəkdir. Bu, Kurt Callejanın may ayında keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ərəfəsində Bakıda ilk çıxışı olacaqdır.

 AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki,  bu barədə fevralın 4-də keçirilən final mərhələsində qələbəsindən sonrakı keçirdiyi mətbuat konfransında Kurt Callejanın özü  məlumat vermişdir.

Fevralın 4-də keçirilmiş milli final gecəsində, həmçinin Maltanın "Eurovision-2011" təmsilçisi Qlen Vella, Fransanın builki yarışmada təmsilçisi Anqun çıxış etmişlər.

Malta təmsilçisinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş final gecəsinin maraqlı və tamaşaçılar tərəfindən möhtəşəmliklə qarşılanan məqamı isə Azərbaycanla bağlı olmuşdur. Yerli musiqisevərlər "Eurovision-2011"in qalibləri Eldar Qasımov və Nigar Camalın çıxışlarını böyük sevgi ilə qarşılamışlar. Ötən ilin mayında "Running Scared" mahnısı ilə bütün Avropanı fəth edən  Eldar və Nigar Maltadakı finalda duet ifası ilə yanaşı, yeni solo mahnılarını da təqdim etmişlər. "Eurovision-2011" qaliblərimiz həm də Malta təmsilçisinin seçimlərində münsiflər heyətinin tərkibində təmsil olunmuşlar.

Final gecəsinə qonaq kimi dəvət olunan Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Hüsniyə Məhərrəmova maltalı iştirakçıları ürək sözləri ilə dəstəkləmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM