07:24 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mali liderinə sui-qəsd cəhdi edən şəxs xəstəxanada ölüb
ANA SƏHİFƏ / DÜNYA
18:33 26.07.2021

 

Malinin müvəqqəti prezidenti Assimi Qoitaya qarşı sui-qəsd cəhdinə görə tutulan şəxs xəstəxanada ölüb. Bu barədə ORTM milli telekanalı xəbər verir.
Açıqlamada bildirilib: “İyulun 20-də Böyük Bamako Məscidində ölkənin müvəqqəti prezidenti polkovnik Assimi Qoitaya edlən hücumdan sonra dövlətin təhlükəsizliyi xidməti tərəfindən zərərsizləşdirilən şübhəli şəxsə qarşı cinayət işi açıldı. Sui-qəsdə cəhd zamanı yaralanan şübhəli şəxs xəstəxanaya yerləşdirildi. Təəssüf ki, o xəstəxanada öldü”.
Qeyd edək ki, hadisə sözügedən məsciddə Qurban bayramı namazı zamanı törədilib. Naməlum şəxs Qoitanı arxadan vurmağa çalışıb, lakin başqa birini yaralayıb. Xüsusi xidmət orqanları təcavüzkarı tutaraq zərərsizləşdirməyi bacarıb. 
 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM