18 May 2012 02:05
303
Mədəniyyət
A- A+

Macarıstanın «Vilagjaro Magazin» jurnalında Azərbaycandan bəhs edən «Qayaüstü rəsmlər və göydələnlər» başlıqlı geniş məqalə dərc olunmuşdur

 

Macarıstanın aparıcı turizm jurnalı sayılan "Vilagjaro Magazin"in bu ilin aprel buraxılışında Azərbaycandan bəhs edən çoxsaylı şəkillərin yer aldığı "Qayaüstü rəsmlər və göydələnlər" başlıqlı böyük məqalə dərc olunmuşdur. Jurnalın üz qabığında isə Bakının memarlıq simasında  tarixiliklə müasirliyin vəhdətini əks etdirən maraqlı fotoşəkil yerləşdirilmişdir.
Jurnalda dərc olunan fotolar ötən il Azərbaycana səfər etmiş Macarıstan Coğrafiya Cəmiyyətinin üzvü, tədqiqatçı-səyyah, jurnalist və fotoqraf Qöqöş Norbertə məxsusdur.
"Vilagjaro" jurnalının təşkilatçılığı ilə mayın 15-də Macarıstan Coğrafiya Cəmiyyətinin binasında jurnalın aprel buraxılışının təqdimatı keçirilmişdir. Təqdimatda Qöqöş Norbert çıxış edərək Azərbaycana səfəri zamanı çəkdiyi foto və slaydları nümayiş etdirmiş, iştirakçılara ölkəmizin coşqun iqtisadi inkişafı, zəngin tarixi abidələri və təkrarsız təbiəti barədə ətraflı məlumat vermişdir.
Mərasimdə Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri Anan İmanov çıxış edərək ölkələrimiz arasında gündən-günə daha da genişlənməkdə olan siyasi, iqtisadi və humanitar əlaqələr, habelə respublikamızın zəngin turizm potensialı haqqında məlumat vermişdir. O, eyni zamanda, Ermənistanın  işğalı altında olan  Azərbaycan ərazilərindəki tarixi abidələrə və təbiətə vurulan dəhşətli ziyandan bəhs etmiş, macar turistlərini işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməkdən çəkinməyə çağırmışdır.
Qöqöş Norbert Azərbaycana ötənilki səyahətindən sonra Macarıstanın müxtəlif mətbuat orqanlarında ölkəmiz haqqında məqalələr dərc etdirmiş, habelə turizmlə bağlı müxtəlif nəşrlərdə Azərbaycanın turizm potensialını işıqlandırmışdır. Yaxın günlərdə onun rəhbərliyi altında 20 nəfərlik macar turist qrupu ölkəmizə yola düşəcəkdir.

Pərvanə QARAYEVA,
AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video