07 Iyun 2012 02:06
507
PARLAMENT
A- A+

Macarıstan Azərbaycanın mövqeyini dəstəkləyir

 

Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Macarıstan parlamentinin Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Cöncösi ilə görüşüb.

Görüş zamanı Oqtay Əsədov deyib ki, Azərbaycan və macar xalqları arasındakı əlaqələrin qədim tarixi var. İkitərəfli münasibətlər bu gün də yüksələn xətlə inkişaf edir. Macarıstan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və bu il diplomatik münasibətlərimizin 20 ili tamam olur.

İki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolunu xüsusi qeyd edən O.Əsədov bildirib ki, yüksək səviyyəli səfərlər və görüşlər zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər əməkdaşlığın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsi, deputatlarımızın səfərləri, beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində eyni mövqedən çıxış etmələri təqdirəlayiq haldır.

Oqtay Əsədov Azərbaycanın dinamik inkişafından danışıb, Cənubi Qafqazda ümumi daxili məhsul istehsalının 80 faizinin ölkəmizin payına düşdüyünü vurğulayıb. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin inkişafına maneə yaratdığını və regionun təhlükəsizliyinə ciddi təhdid olduğunu qeyd edib. Oqtay Əsədov Azərbaycanın haqq səsini, ərazi bütövlüyünü və suverenliyini müdafiə etdiyinə görə Macarıstan tərəfinə minnətdarlıq edib. 

Marton Cöncösi səfər zamanı onlara göstərilən qonaqpərvərliyə, verilən ətraflı məlumata görə Milli Məclisin Sədrinə minnətdarlıq edib. Dostluq qrupunun sədri bildirib ki, həqiqətən də xalqlarımız arasındakı əlaqələrin çox qədim tarixi var: "Azərbaycanın hərtərəfli inkişafı bizi çox sevindirir. Biz Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrini də yaxşı başa düşürük. Ona görə də düşünürük ki, bu münaqişə sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Macarıstan bu baxımdan Azərbaycanın mövqeyini dəstəkləyir".

Görüşdə həmçinin qarşılıqlı səfərlər, qanunvericilik sahəsində təcrübə mübadiləsi, beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

"Azərbaycan"

Foto F.BAĞIROVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video