13 Avqust 2021 17:59
614
DÜNYA
A- A+

“Lüsifer”ə görə İtaliyada 500-dən çox yanğın baş vermişdir

 

“Lüsifer” adlandırılmış antisiklon İtaliyaya təkcə cəhənnəm istisi gətirməmiş, həm də böyük miqyaslı meşə yanğınlarına səbəb olmuçdur. Ölkə ərazisində 500-dən çox yanğın ocağı aşkarlanmışdır. Bu barədə İtaliyanın yanğın xidmətinə istinadən Avropa KİV-i xəbər verir.

Ölkənin üzləşdiyi 528 meşə yanğınından 230-u Siciliya adasında, daha 100-ü Kalabriya vilayətində aşkar olunmuşdur. Azı 4 nəfərin həlak olduğu bildirilir.

Məlum olduğu kimi, “Lüsifer” antisiklonu İtaliyaya dəhşətli isti gətirmişdir. Siciliya adasında temperatur 48,8 dərəcəyə çatmışdır. Bu, Avropa üçün yeni rekord olmuşdur.

Sinoptiklərin proqnozlarına görə, isti hələ bir neçə gün davam edəcək. Meşə yanğınları ilə bağlı Yunanıstanda, Monteneqroda, Əlcəzairdə və Şimali Makedoniyada da mürəkkəb vəziyyət yaranmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video