02 Noyabr 2011 12:11
383
DÜNYA
A- A+

Liviyanın müvəqqəti hökumətinə energetik-alim başçılıq edəcək

 

Liviya Milli Keçid Şurası (MKŞ) trablisli alim Əbdürrəhim Kibi Baş nazir seçmişdir. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

O, MKŞ üzvlərinin açıq səsverməsi nəticəsində 5 namizəd arasından seçilmişdir. Alim səsvermənin birinci turunda qalib olmuşdur. O, şuranın 51 üzvündən 26-nın dəstəyini qazanmışdır.

Kibin əsas rəqibləri neft sənayesi naziri Əli Tərhuni, keçmiş siyasi dissident İdris Əbu Fayiz və MKŞ-nin Avropadakı təmsilçisi Əli Zidan idi.

Əbu-Dabidəki Neft İnstitutunun saytı xəbər verir ki, doktor Kib elmi karyerası dövründə energetika sahəsində tədqiqatlar aparmışdır. Trablis Universitetindən başqa, alim uzun illər ABŞ-da işləmiş, Şimali Karolina Dövlət Universiteti və Alabama Universiteti ilə əməkdaşlıq etmişdir.

Müvəqqəti hökumətin başçısının seçilməsi ölkədə yeni hakimiyyət təsisatlarının yaradılması yolunda ilk addım olmuşdur. Bundan əvvəl Baş nazir vəzifəsini tutan Mahmud Cibril demişdi ki, inqilab başa çatdıqdan sonra vəzifəsini tərk edəcək. Plana uyğun olaraq, yaxın 8 ay ərzində Milli Şura seçilməlidir. Şura ölkənin yeni konstitusiyasını hazırladıqdan sonra ölkədə parlament seçkiləri keçiriləcək.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video