16 Iyun 2021 19:17
1096
CƏMİYYƏT
A- A+

Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Nəbatat bağına Xarıbülbül gülü qələmləri verilib

 

İyunun 16-da Rusiyanın Azərbaycan Gənclər Birliyinin (RAGB) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” Nəbatat bağına Qarabağın rəmzi olan Xarıbülbül gülü qələmləri verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Nəbatat bağının direktoru Aleksey Reteyum iştirak edib. O xatırladıb ki, bu güllər Nəbatat bağına RAGB tərəfindən verilib.

A.Reteyum deyib: “Biz Rusiyanın Azərbaycan Gənclər Birliyi ilə çoxdan əməkdaşlıq edirik. RAGB Nəbatat bağına bundan əvvəl də hədiyyələr edib. Qarabağın rəmzi olan bu nadir səhləblər təkcə Azərbaycanda bitir və bizə 6 nüsxə səhləb hədiyyə ediblər. Növbəti aprel ayında bu səhləblər Nəbatat bağının qonaqlarını sevindirəcəklər. Bu bitki üçün subtropik iqlim şəraiti lazımdır. Nəbatat bağının oranjereyası belə bir iqlim şəraitini təmin edə bilər”.

RAGB-nin məsul katibi Ceyhun Hüseynov mərasimdə çıxış edib. O bildirib ki, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Nəbatat bağına Xarıbülbül gülü qələmləri verilməsi hər bir azərbaycanlı üçün əlamətdar hadisədir. C. Hüseynov deyib: “Xarıbülbül Qarabağın rəmzidir. Artıq aprel ayında arzu edən hər kəs Nəbatat bağına gələrək bu gülün açılmasına tamaşa edə biləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video