21 Oktyabr 2011 06:10
519
İQTİSADİYYAT
A- A+

Lənkəranın su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

 

Şəhər sakinlərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması üçün hazırlanan "Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 61 min nəfər üçün hesablanıb.

Əhalini standartlara uyğun su ilə təmin etmək məqsədi ilə layihədə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 30 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğu inşa olunacaq. Mənbə kimi Xanbulan dəryaçası seçilmişdir. Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün həcmi 15 min kubmetr olacaq su anbarı, nasos stansiyası, ümumi uzunluğu 200 km-ə yaxın olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi tikiləcək. Şəhərdəki çirkli suların toplanması üçün 180 km uzunluğunda kanalizasiya şəbəkəsinin yaradılması, 8 kanalizasiya nasos stansiyasının inşası planlaşdırılır. Yaranacaq çirkli sular toplanaraq məhsuldarlığı sutkada 25 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək və təmizlənəcək.

Xanbulandan Lənkərana qədər magistral kəmərin keçəcəyi ərazidə yerləşən Xanbulan, Bürcəli, Gərmətük, Sütəmurdov, Aşağı Nüvədi, Şilavar, Digah kəndləri də içməli su ilə təmin olunacaq.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək işlər 2013-cü ildə başa çatdırılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video