12 Avqust 2012 01:08
506
Oxucu məktubları
A- A+

Lənkəranın damları

 

Lənkəran memarlıq baxımdan keçmişin və müasirliyin sintezindən yaranan gözəl şəhərdir. Onun küçələrində, meydanlarında gəzəndə bəzən adamın ürəyindən yerdən qopub aralanmaq, quş yüksəkliyindən bu cənub şəhərini seyr etmək keçir. Göylərdən açılan mənzərə fərqli və heyrətamiz olur. Fotomüxbirimiz Ağaəli Məmmədov da hündür bir binanın damına çıxaraq heç olmasa bir qədər ucalıqdan bu qədim cənub şəhərini maraqlı bir baxış bucağından "kəşf etməyə" cəhd göstərib. Günəşin dan yerindən qüruba qədər keçdiyi yolda bu damların rəngləri açılıb-tutularaq gah görkəmi ilə insanı isidir,   gah da büzüşüb bir-birlərinə sığınaraq sıralanırlar.  Bu damlara siz də yüksəklikdən nəzər salsanız saxsı, kirəmit, şifer və dəmir örtüklərin xalça naxışları kimi  bir-birinə toxunduğunu görəcəksiniz. Şəhərin içindən görünməyən mənzərələrin genişliyinə sevinəcəksiniz, göyün aynasına söykənən damların bəzən "xiffət çəkib" darıxdığını, bəzən də öz aralarında mehribancasına "pıçıldadığını" sezəcəksiniz. 

 

B.İMANQULİYEV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video