18 Sentyabr 2021 12:05
483
CƏMİYYƏT
A- A+

Lənkəranda narkotacir qardaşlar külli miqdarda heroin və “patı” ilə saxlanılıblar

 

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 13 nəfər rayon sakini saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Quliyev saxlanılıb.

Keçirilən baxış zamanı E.Quliyevin yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi, yaş halda çəkisi 44 kiloqramdan çox olan 170 ədəd narkotik xassəli çətənə kolları, həyətdəki yardımçı tikilidə gizlətdiyi bir ədəd bağlamada isə 4 kiloqram 685 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Şöbənin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qardaşlar saxlanılıblar.

Polis əməkdaşları tərəfindən saxlanılan Lənkəran şəhər sakinləri Rustam Rəhmənov və qardaşı Elşən Rəhmənovun üzərindən ümumilikdə 2 kiloqramdan artıq heroin, 500 qrama yaxın metamfetamin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər rayon sakini – Taleh Əmrahov, Elvin Xəlilov, Emin Rzayev, Nəsib Mirverdiyev, Artur İbrahimov, Şöhrətdin Babayev, Polad Cavadov, Vüqar Əliyev, Etibar Əliyev və Mərdan Xuriyev saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin, həmçinin elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video