30 Sentyabr 2021 01:39
2762
Oxucu məktubları
A- A+

Laqeydliyə nə vaxt son qoyulacaq

 

Dövlətimiz həmişə  insanların rahatlığına xüsusi diqqət verir. Yollar çəkilir, yeraltı, yerüstü keçidlər, körpülər salınır, hətta insanların rahatlığı üçün keçidlərdə qocaları, xəstələri nəzərə alaraq eskalatorlar quraşdırılır.

Lakin son zamanlar müxtəlif qurumların, idarə və təşkilatların baxımsızlığı və laqeydliyi ucbatından bəzi keçidlərdə eskalatorlar işləmir. Məsələn, Azadlıq prospektində yerləşən yerüstü keçidin eskalatorları artıq iki aya yaxındır ki, dayanıb. Bu müddət ərzində istifadəçilər tərəfindən keçidin nəzarətçilərinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçilərinə dəfələrlə müraciət olunsa da, tədbir görülmür, nəticədə vətəndaşlar keçiddən piyada, özü də əziyyətlə istifadə etmək məcburiyyətində qalırlar.

Hörmətli redaksiya, xahiş edirik bizim səsimizi əlaqədar təşkilatlara qəzet vasitəsilə çatdırasınız. Bəlkə bu haray problemin həll olunacağı günü yaxınlaşdıra.

 

B.MİRZƏYEV,

Bakı şəhəri, Binəqədi rayon sakini

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video