07 Oktyabr 2021 00:29
664
İQTİSADİYYAT
A- A+

Kürdəmirdə Nar Sərgi-Satış Yarmarkası keçirilib

 

Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda nar sərgi-satış yarmarkası keçirilib. Yarmarkanın təşkilində əsas məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, nar istehsalçıları ilə alıcılar arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.

Tədbirdə Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarından olan 70-ə yaxın fermer, istehsal vasitələri təchizatçıları və sahibkarlar iştirak ediblər. Yarmarkada iştirak edən fermerlər və istehsal vasitələrinin təchizatçıları öz məhsullarını nümayiş etdirərək sərfəli qiymətə satmaq imkanı əldə ediblər.   

Nar Sərgi-Satış Yarmarkası çərçivəsində nar müsabiqəsi də keçirilib. Belə ki, nümayiş olunan nar meyvələrinin xarici görünüşünə əsasən ən yüksəkkeyfiyyətli məhsul istehsal edən 3 qalib seçilib. Sabirabad rayonunda fəaliyyət göstərən fermer Rafael Musazadə 1-ci yer, Saatlı rayonundan Vüqar Xəlilov 2-ci yer, Sabirabadlı fermer Polad Qasımov 3-cü yerə layiq görülüb. Qalib nar istehsalçılarına peşəkar budama alətləri hədiyyə edilib.

Bundan başqa, sərgi-satış yarmarkasına gələn fermerlər burada narçılıq sektoru üçün mühüm əhəmiyyət kəsb edən gübrə, dərman və su sistemləri ilə tanış olmaq imkanı əldə ediblər. Burada fermerlər nar suyunun tərkibindəki şəkərin və turşuluğun miqdarının ölçülməsi xitmətlərindən pulsuz yararlanıblar.

Yarmarka çərçivəsində narçılığın inkişafı, narçılıq sahəsində dəyər zəncirinin qurulması ilə bağlı fermerlərə seminar keçirilib. Tədbirdə narçılığın inkişafı, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Nar Sərgi-Satış yarmarkalarının digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video