08 Dekabr 2011 01:12
721
Oxucu məktubları
A- A+

Kür qırağının əcəb seyrəngahı var

 

İndi Yevlax ildən-ilə yox, aydan-aya dəyişir, gözəlləşir. Ana Kürün sahilində qərar tutan bu şəhər son vaxtlar tanınmaz dərəcədə dəyişib, gözəlləşib. Buradakı bulvarların, parkların, xiyabanların sayı, hesabı yoxdur.

Şəhər sakinlərinin asudə vaxtlarını, istirahət saatlarını xoş və mənalı keçirmək üçün artıq hər cür şərait var. Heydər Əliyev parkı, Müstəqillik meydanı, Dostluq, Dədə Qorqud, Səməd Vurğun parkları hər kəsin zövqünü oxşaya biləcək məkanlardır. İstirahət və əyləncə yerlərinin sırasına yeni bir ünvan da əlavə olunmuşdur. Kür çayının sağ sahili boyunca salınan Sahil  bulvarı qeyri-adi gözəlliyi ilə diqqəti cəlb edir. Yeni qurulan bu məkanda hər şey insanların rahatlığına, qonaqlarda xoş ovqat yaratmasına, əsəblərə sığal çəkilməsinə hesablanıb. Buradakı müasir işıqlandırma sistemi, fəvvarələr, iaşə xidməti obyektləri, xüsusi zövqlə tərtib edilib. İstəsən qayıqla ana Kürün sinəsində gəzintiyə çıxa, istəsən qu quşlarının nəğməsini dinləyə, ya da sahil meydanında qayğısız oynaşan uşaqların oyunlarına baxıb əylənə bilərsən. Hərdən yolumu buradan salıram. Hər dəfə də buradan xoş duyğularla, yüksək əhval-ruhiyyə ilə ayrılır, belə gözəl istirahət guşəsi yaradanlara əliniz, qolunuz var olsun deyirəm.

 

Əminə YUSİFQIZI,

Yevlax

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video