18:09 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Künyonun “alovlu araba”sı

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:46 25.09.2021

 

Uzaq məsafələri və həmin yola sərf olunan zamanı qısaldıb rahat gedişi təmin edən avtomobillər tarixin ən mükəmməl kəşflərindəndir. Fransız mühəndis Nikola Künyo 1769-cu ildə dünyanın ilk avtomobilini icad edərək insanları motorlu quru nəqliyyatı ilə tanış etdi.

Əslində bu tarixdən əvvəl müəyyən ixtiralardan sonra buxar mühərrikləri yaranmağa başlamışdı və Künyonun maşınının da ərsəyə gəlməsi üçün həmin buxar mühərrikindən istifadə olunmuşdu. Böyük səylərdən sonra yaradılan avtomobil qəribə görünüşə sahib idi. Belə ki, 3 təkərli maşının önündə olduqca böyük buxar qazanı yerləşdirilmişdi. Maşın bu qazanın gücü ilə hərəkətə gətirilirdi. Avtomobilin sürəti saatda 4-5 kilometr idi. Cəmi 15-20 dəqiqəlik məsafə qət etdikdən sonra qazanın içindəki su və buxar tükəndiyi üçün onu yenidən su ilə doldurub altında ocaq qalamaq lazım gəlirdi. 2010-cu ildə Künyonun “alovlu arabası”nın replikası hazırlandı və maşının hərəkət etdiyi sübut olundu. Avtomobil hazırda Künyonun doğma kəndi olan Void Vakondadır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM