29 Sentyabr 2011 06:09
473
DÜNYA
A- A+

Kosovo-Serbiya danışıqları baş tutmadı

 

Avropa İttifaqını (Aİ) təmsil edən vasitəçilər Kosovo və Serbiya hakimiyyət orqanları arasında danışıqların növbəti mərhələsini keçirə bilməmişlər. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Dialoqun pozulmasının səbəbi Serbiya ilə Kosovonun serblər məskunlaşdığı ərazisi arasında sərhəddə baş qaldırmış zorakılıq dalğası olmuşdur. Son toqquşmalar nəticəsində NATO kontingentindən olan 4 hərbi qulluqçu, habelə 6 serb xəsarət almışdır. Hadisədən sonra Belqraddan gəlmiş nümayəndə heyəti belə bir şəraitdə dialoqun mümkünsüz olduğunu bəyan etmişdir.

Bundan əlavə, serblər Kosovo ilə sərhəddə vəziyyəti müzakirə etməyi planlaşdırırdılar. Lakin Aİ vasitəçiləri bunun ayrıca danışıqlar mövzusu olduğunu bildirmişlər.

Toqquşmalara səbəb kimi Priştinanın sərhəddə post yaratmaq niyyəti göstərilir. Bu plan vilayətin müstəqilliyini tanımayan serbləri hiddətləndirmişdir.

Xatırladaq ki, Kosovo 2008-ci ildə birtərəfli şəkildə müstəqilliyini elan etmişdir. Ancaq Serbiya əsasən albanların yaşadığı vilayəti müstəqil dövlət kimi tanımır.

Priştina ilə Belqrad arasında danışıqlar bu ilin martından aparılır. Aİ-nin vasitəçiliyi ilə keçirilən danışıqlarda tərəflər hələ ki heç bir razılıq əldə edə bilməmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video