13:19 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kosmosun çirklənməsinin təbii mənbəyi məlum oldu
 
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
18:27 02.09.2021

Astronomlar qalaktikaların mövcud olduqları mühiti çirkləndirdiyini müəyyən ediblər. Bu barədə elmi məqalə “The Astronomical Journal Letters” jurnalında dərc olunub.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) AZƏRTAC-a bildiriblər ki, Aleks Kameron və Din Fişerin rəhbərlik etdiyi astronomlar qrupu Havay adalarında yerləşən Kek Rəsədxanasında ARC (Australian Research Council) tərəfindən maliyyələşdirilən ASTRO 3D layihəsi çərçivəsində qalaktikaların təsvirlərin alınması üçün yeni sistem tətbiq ediblər. Layihənin məqsədi qalaktikalara axan maddənin, qalaktikanı tərk edən maddədən daha təmiz olması fərziyyəsini təsdiq etmək idi.

Nəhəng qaz buludları qalaktikalar tərəfindən cəzb edilir və ulduz əmələ gəlməsi prosesində istifadə olunur. Bu zaman qalaktikaya istiqamətlənmiş qaz buludu hidrogen və heliumdan ibarət olur. Alimlər “Keck Cosmic Web Imager” adlı yeni cihazdan istifadə edərək təsdiq etdilər ki, bu qazdan yaranmış ulduzlar əsasən ifratyeni partlayışı ilə böyük miqdarda materialı geri atırlar, lakin qalaktikadan atılan material artıq saf olmur, onun tərkibi bir çox digər elementlərdən - oksigen, karbon və dəmirdən ibarət olur.

Qazların qalaktikalar tərəfindən cəzb olunması prosesi akresiya, onların qalaktikadan atılması prosesinə isə “maddə axını” deyilir. Hər iki proses də qalaktikaların böyüməsini, kütləsini və ölçüsünü tənzimləyən vacib mexanizmlərdir. Ancaq indiyə qədər cəzb olunan və atılan maddələrin tərkibi haqqında sadəcə müəyyən fərziyyələr var idi. Ancaq tədqiqatçılar Mrk 1486 qalaktikasının müşahidəsi sayəsində cəzb olunan və atılan qazların tərkibi haqqında daha dəqiq məlumatlar əldə edə biliblər.

Qeyd edək ki, Mrk 1486 qalaktikası Günəşdən təxminən 500 milyon işıq ili məsafədədir və çox sürətli ulduz əmələ gəlməsi dövrünü yaşayır. Bu qalaktika ondakı qazın miqdarını və tərkibini tədqiq etmək üçün əlverişli baxış bucağı altında yerləşir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM