03 Avqust 2021 15:29
788
CƏMİYYƏT
A- A+

“Korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması və məlumat təhlükəsizliyi məsələləri” müzakirə olunub

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsinin Monitorinq Raundları ilə bağlı tövsiyələrində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi korrupsiya ilə mübarizə sahəsində maarifləndirmə və tədrisin genişləndirilməsi, təlimlərin keçirilməsi üzrə icraçı strukturlardan biri kimi müəyyən edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu səbəbdən korrupsiya ilə mübarizə mövzusu tədris mərkəzində ümumi təlim prosesinə, elmi araşdırmaların predmetinə daxil edilir, həmçinin bu sahə ilə bağlı vaxtaşırı müxtəlif tədbirlər (dəyirmi masa, elmi seminar və sair) təşkil olunur.

Dövlət vergi orqanları əməkdaşlarının korrupsiya ilə mübarizə sahəsində maarifləndirilməsi məqsədilə növbəti təlim Tədris Mərkəzinin və “Ekvita” MMC-nin birgə təşkilatçılığı ilə 3 saylı Ərazi Vergilər İdarəsində keçirilib. Təlimin mövzusu “Korrupsiyaya qarşı mübarizə, maraqların toqquşması və məlumat təhlükəsizliyi məsələləri”nə həsr olunub.

Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov təlim iştirakçılarına ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional tədbirlər və islahatlar barədə ətraflı məlumat verib.

Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazım Əliyev və “Ekvita” MMC-nin vergi üzrə tərəfdaşı Şərəf Əsgərova korrupsiya hüquqpozmaları və bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata göstərdiyi neqativ təsirlər, korrupsiyaya şərait yaradan amillər, maraqların toqquşması, məlumat təhlükəsizliyi, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyasının əsas istiqamətləri və digər məsələlərə toxunublar.

İnteraktiv formatda keçirilmiş tədbirin sonunda iştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video