Koronavirusun uşaqların həyatına təsir etdiyi vaxtda onları qorumaq vacibdir
Pandemiya kimi dünyanı bürüyən COVID-19 insanlara bir sıra qayda-qanunlara əməl etmək vərdişlərini də aşıladı. Tibb mütəxəssisləri xüsusi olaraq bunun uşaqların həyatında daha çox hiss olunduğu qənaətindədirlər.
Məsələn, ailə koronavirus xəstəliyinin tüğyan etdiyi bir vaxtda evdə qalmağa məcburdur. Bu zaman çox güman ki, uşaqlar vaxtlarının böyük hissəsini internetdə keçirirlər. Məktəb, dostlar, nənələr və babalarla ünsiyyət, hətta musiqi dərsləri - axı bir çox şeylər internet məkanına köçüb.
Bir-biri ilə əlaqə saxlamaq uşaqlara və yeniyetmələrə bu yeni həyat normasının təsirini azaltmağa kömək edir. Bu da normal olmasa belə, həyatın davamı deməkdir. Lakin bu həmçinin hər bir valideyn üçün bəzi çətinliklər də yaradır. Bəs potensial zərəri minimuma endirməklə internetin təklif etdiyindən maksimum necə bəhrələnmək olar? Bu tarazlığı təmin etmək heç normal həyatda da asan məsələ deyil, o ki qaldı COVID-19 kimi səhiyyə böhranı ilə qarşılaşdığımız zaman.
Uşaqlar özlərini pandemiyadan qorumaq üçün qəbul edilən qanunlara əsasən, evdə qalmağa məcburdurlar. Əlbəttə, onların evdə məşğuliyyəti əsasən internet resursları ilə olur. Bu zaman onların mənfi hallarla qarşılaşması, təəssüf ki, qaçılmaz olur. Bunun da qarşısının alınması mütəxəssislər tərəfindən araşdırılmaqda və tövsiyələr şəklində valideynlərə çatdırılmaqdadır. Bu baxımdan beynəlxalq təcrübə daha çox diqqət çəkməkdədir. UNICEF-in “Uşaq Hüquqları & Biznes” üzrə mütəxəssisi Sara Yakobsenin bu məsələdə fikirləri maraqlıdır. O, uşaqların internetdə təhlükəsizliyini təmin etmək üçün valideynlərə kömək edə biləcək bir neçə üsulun olduğunu qeyd edir: “Əvvəla, onları açıq ünsiyyət vasitəsilə qoruyun. Uşaqlarınızla, onların kiminlə və necə ünsiyyət qurmaqları barədə dürüst dialoq aparın. Onların qarşılıqlı mehriban əlaqələrin dəyərini dərk etdiklərinə əmin olun. Belə əlaqələrdə ayrı-seçkilik və ya qeyri-etik ünsiyyət heç vaxt məqbul sayıla bilməz. Belə hallarla üzləşdiyi təqdirdə onları bu barədə dərhal sizə və ya etibar etdikləri böyüyə məlumat verməyə öyrədin.
Uşağınız internetdəki fəaliyyətləri nəticəsində məyus və özünə qapalı görünürsə, yaxud kiberbullinq ilə üzləşirsə, ayıq-sayıq olmalısınız. Cihazlardan necə, nə vaxt və harada istifadə edə biləcəkləri barədə qaydaları müəyyən etmək üçün uşağınızla birlikdə iş aparın...”
Uşaqları qorumaq üçün texnologiyadan istifadə olunmalıdır. Uşağın kompüterində ən son proqram təminatından və antivirus proqramlarının quraşdırıldığından, məxfilik parametrlərinin düzgün nizamlandığından əminlik yaranmalıdır. Veb-kameralardan istifadə etmədikdə onları qapalı saxlamaq lazımdır. Kiçikyaşlı uşaqlar üçün, təhlükəsiz axtarış daxil olmaqla, valideyn nəzarəti kimi alətlər internetdən istifadə təcrübəsinin müsbət olmasına kömək edə bilər. Pulsuz internet təhsil resursları ilə ehtiyatlı olmaq lazıımdır. Uşaq bu resurslardan istifadə etmək üçün heç vaxt öz şəklini, tam ad və soyadını təqdim etməməlidir. Məlumatların toplanmasını minimuma endirmək məqsədilə məxfilik parametrlərini də yoxlamaq vacibdir. Valideynlər uşağa, xüsusilə tanımadığı yad insanlara şəxsi məlumatları açıqlamamağı öyrənməyə kömək etməlidir.
Göründüyü kimi, Sara Yakobsenin gəldiyi qənaətlərdən biri valideynlərin uşaqlarla birlikdə internetdə vaxt keçirmələrinin vacibliyidir. Mütəxəssis deyir ki, uşağın dostları, ailəsi və sizinlə qarşılıqlı təhlükəsiz və müsbət onlayn əlaqəsi üçün imkanlar yaradın. Çünki digər insanlarla ünsiyyət həmişəkindən daha vacibdir və bu sizin “qarşılıqlı virtual əlaqələrinizdə” xeyirxahlığı modelləşdirmək üçün əla fürsət ola bilər: “Uşağınızın COVID-19 virusu ilə əlaqədar narahatlıqlarını gücləndirə biləcək dezinformasiyanı və uyğun olmayan məzmunu tanımasına və ondan kənar durmasına yardımçı olmağı unutmayın. UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların bir çox rəqəmsal resursları uşağınızla birlikdə virus haqqında məlumatlar əldə etməyiniz üçün istifadəyə verilib. Övladınızın yaşına uyğun proqram tətbiqlərini, oyunları və digər internet əyləncə vasitələrini müəyyən etmək də vacib məsələlərdəndir.
Koronavirus haqqında uşaqla danışmağın yolları da müxtəlifdir. Onları internetdə sağlam vərdişlərə alışdırmaq isə əsas şərtlərdəndir. İnternetdə və video-zənglər zamanı uşağınızı yaxşı davranışa təşviq edin və onu nəzarətsiz buraxmayın. Onları sinif yoldaşları ilə münasibətlərdə nəzakətli və ehtiramlı olmağa, eləcə də geyindikləri paltarlara fikir verməyə, yataq otaqlarından görüntülü videozənglərə qoşulmaqdan çəkinməyə vərdiş yaratmaq lazımdır. Kiberbullinq və ya qeyri-etik internet məzmunla rastlaşdıqda, bu barədə məlumat vermək üçün məktəb siyasəti, habelə çağrı və dəstək mərkəzlərinin telefon xətləri ilə tanış olun”.
Onu da deyək ki, uşaqlar internetdə daha çox vaxt keçirdiyi üçün onlar reklamlara məruz qala bilərlər ki, bunlar da qeyri-sağlam qidanı, qender stereotiplərini və ya yaşa uyğun olmayan materialları təbliğ edə bilər. Valideynlər onlara internet reklamlarını tanımaqda kömək etməyi unutmamalı, bəzi mənfi mesajların xətalı tərəflərini uşaqlarla birlikdə araşdırmalıdırlar.
Bəs kiberbullinqin öhdəsindən necə gəlmək olar? Bu sualın cavabını verərkən mütəxəssislər qeyd edirlər ki, onlara əylənmək və özlərini ifadə etmək imkanı verilməlidir.
Uşaqlarınızın vaxtlarını evdə qalaraq keçirməyi, onlara internetdə öz fikirlərini paylaşmaq və bu böhranda ehtiyacı olanları dəstəkləmək üçün gözəl fürsət ola bilər. Övladınızı, uşaqlar üçün internetdə idman təmrinlərinə dair və fiziki hərəkət tələb edən videooyunlar kimi rəqəmsal vasitələrdən faydalanmağa həvəsləndirin. Mümkünsə, evdən kənar vaxt daxil olmaqla, onlayn istirahətinizi internetdən kənar fəaliyyətlə tarazlaşdırmağı da unutmayın.
Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb
29 Mart
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanı...
29 Mart
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək...
29 Mart
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb
29 Mart
Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək
29 Mart
İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər
29 Mart
Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib...
29 Mart
ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib
29 Mart
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb
29 Mart
Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!