09:01 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirusun təhlükəsi hələ ki davam edir

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:47 10.09.2021

 

İki ilə yaxınlaşır və hələ də bütün dünya 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunmuş COVID-19 bəlasından qurtuluş yollarını axtarır.

Bir çox ölkədə mütəxəssislər tərəfindən araşdırmalar aparılır. Gözəgörünməz “düşmən” dünyanın hər tərəfinə yayılmaqda, insanların sağlamlığını, həyatını təhdid etməkdədir.

Belə ki, dünyada pandemiya ərzində koronavirusdan həlak olanların sayı 4.58 milyonu ötüb. ABŞ, Hindistan və Braziliya bütün bu dövr ərzində COVID-19 infeksiyasına 20 milyondan çox yoluxma qeydə alınan ölkələrdir.

Azərbaycanla qonşu ölkələrdə də koronavirus infeksiyası gündəmdə qalmağa davam edir. Sərhəd qonşularımız olan Rusiyada, Türkiyədə, İranda, Gürcüstanda və Ermənistanda təhlükəli virusa yoluxma və ölüm halları hələ də yüksəkdir. Ölkəmizdə də hər gün onlarla vətəndaşımız bu qlobal bəlanın qurbanına çevrilir.

Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb. Məlumata görə, ən yüksək yoluxma faizi yenə də Bakı şəhərində qeydə alınıb - 54,6 faiz. Abşeronda 13,3 faiz, Aranda 11,8 faiz, Gəncə-Qazaxda 6,9 faiz, Şəki-Zaqatalada 3,7 faiz, Quba-Xaçmazda 3,0 faiz, Lənkəranda 2,6 faiz, Dağlıq Şirvanda 2,4 faiz, Yuxarı Qarabağda 1,3, Naxçıvanda 0,06 faiz təşkil edir. Ölkə üzrə xarici yoluxma isə 0, 4 faizdir.

Paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 14,6 faiz təşkil edir. Xətaidə 13,5 faiz, Yasamalda 11,8 faiz, Sabunçuda 11,7 faiz, Suraxanıda 8,3 faiz, Nərimanovda 7,9 faiz, Nəsimidə 7,7 faiz, Xəzərdə 7,5 faiz, Nizamidə 7,1 faiz, Səbaildə 4,9 faiz, Qaradağda 4,4 faiz, Pirallahıda 0,5 faiz təşkil edib.

Hazırda dünyanın bir sıra ölkələrində qlobal pandemiya ilə mübarizə məqsədilə vaksinlər hazırlanır. Vaksinasiya prosesi koronavirusa qarşı ən effektiv vasitə hesab edilir. Ancaq dünyanın qabaqcıl elm adamları ruhdan düşmürlər. Müalicə məqsədi ilə yeni vasitələr axtaran mütəxəssislər səylə çalışırlar.

ÜST-ün hər gün yenilədiyi statistikada koronavirusa yoluxma göstəricisinə görə, birinci yerdə dayanan ABŞ Çində koronavirus infeksiyasının araşdırılmasını maliyyələşdirmək üçün 3 milyon dollardan çox vəsait ayırıb. “Intercept”in məlumatına görə, həmin vəsaitin ayrılmasında məqsəd yarasalarda koronavirusun yaranması və insanlara ötürülməsi ehtimalını araşdırmaqdır.

Məlumatda o da bildirilib ki, bu qrant bir neçə elmi təşkilat arasında bölüşdürülüb. Onlardan biri də Uhanın Virusologiya İnstitutudur.

Təəssüf ki, dünyanın müxtəlif yerlərində mütəxəssislərin araşdırmalar apardığı bir vaxtda COVID-19 da eyni formada, eyni xislətdə qalmır. Tez-tez ayrı-ayrı ölkələrdə koronavirusun yeni stamlarının yayılmağa başladığı barədə məlumatlar alırıq.

Dünyada narahatlıq doğuran daha bir ştamm - “mu” ştammı yeni növ koronavirus (COVID-19) infeksiyasının mutasiyasıdır. Bu ştam daha çox yoluxuculuq xüsusiyyətinə malikdir. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi nümayəndəsi Tarik Yazarkeviç açıqlayıb ki, koronavirusun yeni “mu” ştamının orqanizmin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır. O deyib: “Ştam mutasiyalara malik olduğundan maraq doğuran variant kimi müəyyən edilib. Bu mutasiyaların insan orqanizminin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır. Virusların təkamülü ilə bağlı ÜST-ün İşçi qrupuna təqdim edilmiş məlumatlar göstərir ki, xəstəlik və ya vaksinləmə nəticəsində formalaşmış immunitet bu ştamma qarşı o qədər də təsirli olmaya bilər. Bu məlumatı təsdiq etmək üçün əlavə araşdırmalar aparılmalıdır”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un “Mu” mutasiyası ilə bağlı araşdırmaya başlayıb. Xarici KİV-in məlumatına görə, yeni mutasiya vaksinlərə qarşı daha davamlıdır. “Mu” variantı, həmçinin B.1.621 kimi məşhurdur. O, təşkilatın müşahidəsi siyahısına “maraqlı variant” kimi əlavə edilib. Yeni variant potensial immun qaçış xüsusiyyətlərinə malikdir. İlkin məlumatlar göstərir ki, o, “beta”ya bənzər vaksinasiyadan qaça bilər, lakin mütəxəssislər bu ştammla bağlı daha çox araşdırmaya ehtiyac olduğunu bildirirlər. “Mu” mutasiyası ilk dəfə 2021-ci ilin yanvarında Kolumbiyada aşkarlanıb. Hazırda yeni ştamm azı 39 ölkədə mövcuddur.

ÜST rəsmisi qeyd edib ki, koronavirusun yeni “mu” ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib. GISAID-in (Qrip barədə məlumatların mübadiləsi üzrə Qlobal təşəbbüs qrupu) avqustun 29-na olan məlumatına görə, indiyədək “mu” ştamına dünyanın 39 ölkəsində 4 500-dən çox yoluxma halı qeydə alınıb.

Mütəxəssislər bildiriblər ki, COVID-19 virusu ümumiyyətlə, tarix boyu yayılmış digər viruslardan çox fərqlidir. Məsələn, İspan qripinin 100 ildə cəmi 4 mutasiyası məlumdur. Yəni, xəstəliyi idarə etmək mümkündür. COVID-19 isə iki ilə yaxındır yayılmasına baxmayaraq, dəfələrlə çox mutasiya edib. Ona görə də təşvişə düşmədən qabaqlayıcı tədbirlər görülməli, tibbi maska taxmalı, sosial məsafəni qorumalı, gigiyenik qaydalara əməl olunmalıdır.

“Mu” ştammı ilə bağlı bu günlərdə yayılmış daha bir xəbər isə narahatlığımızı artırır. Belə ki, qonşu Türkiyədə də artıq bu ştama yoluxma halları aşkar olunub.

“Türkiyədə koronavirusun “Mu” ştammına iki yoluxma hadisəsi qeydə alınıb”. “TRT Haber”in məlumatına görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında deyib. Fəxrəddin Qoca bildirib: “Virusun yeni variantı olan “Mu” sadəcə iki hadisədə təsbit edilib. Pasiyentlərdə də əsasən “Delta” və “Delta+”un əlamətləri müşahidə olunur”.

Qardaş ölkənin səhiyyə naziri vaksinasiyanın sayının artması ilə yoluxma hallarının azalacağını da diqqətə çatdırıb.

Qeyd edək ki, “mu” ştammı sürətli yoluxduruculuq qabiliyyətinə malikdir. Odur ki, bu ştamm Azərbaycan üçün də real təhlükəyə çevrilə bilər.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM