10:30 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirusun “mu” ştammı ilə digər ştamların simptomları arasında kəskin fərq yoxdur

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:31 09.09.2021

 

Türkiyədə də qeydə alınan “mu” ştammı yeni növ koronavirus (COVID-19) infeksiyasının yeni mutasiyasıdır. Bu ştamm daha çox yoluxuculuq xüsusiyyətinə malikdir.

Ümumiyyətlə, COVID-19 virusu tarix boyu yayılmış digər viruslardan çox fərqlidir. Məsələn, İspan qripinin 100 ildə cəmi 4 mutasiyası məlumdur. Yəni xəstəliyi idarə etmək mümkündür. COVID-19 isə iki ilə yaxındır yayılmasına baxmayaraq, dəfələrlə mutasiya edib. Ona görə də, panikaya düşmədən, hər şeyə hazır olmaq lazımdır. Qabaqlayıcı tədbirlər görmək, tibbi maska taxmaq, sosial məsafəni qorumaq hər zaman vacibdir. Sürətli yoluxduruculuq qabiliyyətinə malik olan “mu” ştammı qonşu Türkiyədə aşkarlanıbsa, Azərbaycanda da həmin ştamla yoluxmaq qaçılmazdır.

Tibb elmləri doktoru, professor Əlizamin Sadiqov AZƏRTAC-a koronavirusun “mu” ştammı ilə bağlı məlumat verib.

Professor bildirib ki, “mu” ştammının simptomlarında xüsusi fərq yoxdur: “Ümumiyyətlə, koronavirusun mövcud olan bütün ştamları arasında kəskin simptom fərqi müşahidə edilmir. Ola bilər ki, hansısa kliniki əlamət bir ştamda daha kəskin, digərində daha zəif olsun. Bu, mümkündür. Misal üçün, “Delta” ştamı yeni yayılmağa başlayanda mütəxəssislər qeyd edirdilər ki, həmin ştammla yoluxma zamanı virus əsasən üst tənəffüs yollarına təsir göstərir. Təcrübə əsasında isə aydın oldu ki, “Delta” ştammı digərlərindən daha ağır gedişə malikdir və daha öldürücüdür”.

Ə.Sadiqovun dediyinə görə, istənilən halda koronavirus əleyhinə vaksinasiya əhəmiyyətini saxlayır: “Peyvənd virusa yoluxmanın qarşısını ala bilməsə də, kliniki gedişatı nəzarətdə saxlamağa imkan verir. Hazırda COVID-19-dan qorunmağın əsas yolu vaksin vurdurmaqdır. Bununla yanaşı isə, əlbəttə ki, tibbi maskadan istifadəni, kütləvi toplaşmalardan yayınmağı unutmaq olmaz. Onu da qeyd edim ki, cəmiyyətdə koronavirusa münasibət köklü surətdə dəyişib. Demək olar ki, hər kəsin ailəsində, ətrafında kimsə koronavirusa yoluxaraq vəziyyəti ağırlaşıb və ya dünyasını dəyişib. Bu, vətəndaşların daha məsuliyyətli olmasına səbəb olur. Vətəndaşları qızıl qaydalara əməl etməyə və peyvənd vurdurmağa çağırıram. Çünki vaksinasiya, doğrudan da, ölüm riskini kəskin şəkildə azaldır və xəstəliyin kliniki gedişini yüngülləşdirir”.

Qeyd edək ki, sentyabrın 7-də Türkiyədə 2 nəfərin “mu” ştammı ilə yoluxması faktı qeydə alınıb.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM