04:09 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirusdan yeganə qorunma vasitəsi peyvənddir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:39 14.10.2021

 

Mütəxəssislərin fikrincə, üçüncü dozaya ehtiyac var

 

Qlobal pandemiya elan olunmuş yeni növ koronavirus iki ilə yaxındır ki, bütün dünyada ağır fəsadlar törətməkdədir.

Hər gün neçə-neçə insan bu təhlükəli virus səbəbindən sağlamlığını, hətta həyatını itirir. Pandemiyanın nə zaman sona çatacağı hazırda bütün dünyada hər kəsi düşündürən ən vacib məsələlərdən biridir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumya Svaminatan İsveçrənin “SonntagsBlick” qəzetinə verdiyi müsahibəsində deyib ki, bəşəriyyət tezliklə COVID-19 ilə mübarizədə yolun 60 faizini keçəcək, amma qarşıda hələ də gözlənilməz maneələrlə qarşılaşa bilərik, ona görə də pandemiyanın bitəcəyi müddəti proqnozlaşdırmaq hələ tezdir. 

Pandemiyanı marafonla müqayisə etdikdə bəşəriyyətin hazırda harada olduğu barədə verilən suala cavabında baş elmi işçi bildirib: “Ümid edirəm ki, tezliklə marşrutun 60 faizini keçəcəyik. Lakin növbəti gözlənilməz maneəni aşmaq məcburiyyətində qalmağımız da istisna deyil. Tezliklə son xətti keçəcəyimizi söyləmək tez olardı, bu belə deyil. Qarşıda çox müəmmalı məsələlərlə üzləşə bilərik və onların arasında SARS-CoV-2 koronavirusunun yeni variantlarının gözlənilmədən peyda olunması da mümkündür”.

O, dünyanın müxtəlif ölkələrində və bölgələrində əhalinin COVID-19 əleyhinə vaksinasiya ilə əhatə edilməsindəki əhəmiyyətli fərqi nəzərə çatdırıb. Bəzi dövlətlərdə əhalinin 70-80 faizi peyvənd olunub, Afrikada isə vaksinasiya səviyyəsi 4 faizə də çatmır. O deyib: “Bu vəziyyətlə nə qədər çox barışsaq, koronavirusun yeni variantlarının əmələ gəlməsi riski bir o qədər yüksək olacaq”.

Qeyd edək ki, bu ilin fevralından Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı Avropa İttifaqı və ÜST-ün COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün Səhiyyə Nazirliyinə tibbi ləvazimatların təhvil verilməsi ilə bağlı keçirilən tədbir çərçivəsində jurnalistlərə müsahibəsində Azərbaycanda ikinci doza vaksin qəbul edən insanların sayının 40 faizi keçdiyini deyib: “Bütün bunların nəticəsində hazırda Azərbaycanda sərt qapanmalar tətbiq olunmur. Azərbaycan Avropada virusa yoluxma sayının sürətlə azaldığı iki ölkədən biridir”.

Hande Harmancı diqqətə çatdırıb ki, immun sistemi aşağı olan insanların koronavirus peyvəndini vurdurması vacibdir: “Hansı xəstəliklərə peyvəndin əks göstəriş olduğu ilə bağlı qərar isə Azərbaycan hökumətinə aiddir. Bir çox ölkələrdə bəzi peyvəndlərin 16 yaşa qədər uşaqlara vurulması qəbul olunub. Bununla bağlı araşdırmalar davam edir. Ən vacib olan hər kəsin Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməsidir”.

Azərbaycanda vaksinasiya prosesinin yüksək səviyyədə həyata keçirildiyini jurnalistlərə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko da söyləyib. O bildirib ki, pandemiya yalnız bir ölkəni yox, bütün dünyanı öz çənginə alıb: “Ona görə dünya ölkələrinin bu sahədə əməkdaşlığı çox vacibdir. Azərbaycan hökumətinin bu istiqamətdə göstərdiyi səylər təqdirəlayiqdir. “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində göstərilən yardım paketi regionun 6 ölkəsini əhatə edir. Azərbaycan da buraya daxildir”.

Səhiyyə Nazirliyi Azərbaycanda hazırda 3 milyona yaxın vaksin ehtiyatı olduğunu açıqlayıb. Ölkəmizdə əhalinin vaksinasiyası üçün kifayət qədər peyvənd məntəqəsi yaradıldığı, bu işə yetəri qədər tibb işçisi cəlb olunduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniya, İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib. Azərbaycan Səhiyyə Nazirliyi də son elmi-tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiyaya uğramasını nəzərə alaraq, hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhalini üçüncü doza (buster doza) ilə peyvəndlənməyə çağırıb.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib: “Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı qoruyuculuq yaratmaq üçün iki doza vaksin vurulur. Bundan sonra hər vaksinin nəticələrinə görə bədəndə müəyyən qədər qoruyuculuq yaranır. Vaksinlər arasında ən yüksək qoruyuculuğa malik olanı “Pfizer”, “Moderna” peyvəndləridir. Bədənimizdə qoruyucu anticisimlər təbii yolla da, yəni xəstəliyi keçirməklə və ya passiv yolla, yəni immunizasiya - peyvəndləmə yolu ilə yaranır. Nəticədə yaranmış anticisimlər bizi ya virusa yoluxmaqdan, ya da xəstəliyi daha da ağır keçirməkdən qoruyur. Peyvənd vurdurmaq heç zaman xəstəliyi keçirməmək demək deyil. Sadəcə vaksin xəstəliyi daha yüngül, asimptomatik keçirməyə kömək edir. Hazırda həmin xəstəlikdən qorunmaq üçün başqa vasitə yoxdur. Koronavirusun spesifik müalicəsi olmadığı müddətdə və pandemiya davam etdiyi dövrdə yeganə qorunma vasitəsi peyvəndləmədir”.

Vasif Əliyev diqqətə çatdırıb ki, iki doza vaksindən müəyyən müddət keçəndən sonra bədənimizdəki anticisimlər neqativləşməyə doğru gedir, yəni azalır: “Daha əvvəl xəstəliyi keçirmiş insan da ikinci, üçüncü dəfə xəstəliyi keçirə bilir. İstər peyvəndləmə, istərsə də təbii yolla yaranmış anticisimlərin miqdarı müəyyən müddət keçəndən sonra elə həddə yaxınlaşır ki, biz virusla təmasda olduğumuz zaman xəstəliyi yenidən keçirə bilərik. Bədənimizdə anticisimlərin miqdarını optimal səviyyədə saxlamaq üçün üçüncü dozaya ehtiyac var. Araşdırmalara görə, üçüncü dozanı ikinci dozadan 6 ay sonra vurdurmaq tövsiyə olunur. Üçüncü doza koronavirusa yoluxmaqdan 11, yoluxma baş verərsə belə, ağırlaşmadan 19 dəfə qoruyur”.

İki doza “CoronaVac” peyvəndi qəbul edənlər, üçüncü dozanı istənilən vaksin növündən vurdura bilərlər. “Yaxşı olardı ki, vurdurduğunuz vaksini davam etdirəsiniz. Lakin yeni ştamlar göstərdi ki, “CoronaVac” peyvəndi “Pfizer” və “Moderna”ya nisbətən qoruyuculuq baxımından bir addım geridə qalır. Avropada aparılan tədqiqatlara görə “Pfizer” daha çox qoruyucudur. Lakin pandemiya davam etdiyi müddətdə üçüncü doza ilə işimizi bitmiş hesab etməməliyik. Xəstəliyin yeganə qorunma vasitəsi peyvənddirsə və pandemiya hələ də davam edirsə, gələcəkdə əlavə dozalara ehtiyac yarana bilər.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM