26 May 2021 02:14
1406
Səhiyyə
A- A+

Koronavirus pandemiyası nə vaxt bitəcək

 

Yeni tip koronavirusun (SARS-CoV-2) peyda olmasından təxminən ilyarım keçir. Hadisələrin gedişi göstərir ki, bu virusun doğurduğu COVID-19 sətəlcəmi aradan qalxmayacaq. Nikbinlər hesab edirlər ki, bu, pis xəbər deyil: COVID-19 çox keçməmiş adi soyuqdəyməyə çevriləcək. Amma bədbinlər Braziliya və Hindistanın şahidi olduğu dəhşətli dalğaları xatırladırlar, indi isə Böyük Britaniyadan da qorxulu xəbərlər gəlir.

Ötən 100 ildə bəşəriyyət 1918-ci, 1957-ci, 1968-ci və 2009-cu illərdə dörd pandemiya yaşamışdır. Onların hamısının səbəbi qrip virusları idi. Bu viruslar yox olmamış, onlara qarşı kollektiv immunitet əmələ gəlməmişdir. Lakin insanlar qripə ağır formada nisbətən nadir hallarda yoluxur, epidemiyalar bütün planetə yayılmırdı. Yəni pandemik viruslar endemik olurdu, yəni ayrı-ayrı regionlarda yayılırdı.

SARS-CoV-2 da eyni qanuna tabe olarsa, gələcəkdə əvvəlki dörd koronavirus kimi yalnız soyuqdəyməyə gətirib çıxarar. Məsələ ondadır ki, bu hadisə nə vaxt baş verəcək. Qrip virusları ilyarım-iki il ərzində endemik olurdu. Ancaq SARS-CoV-2 başqa bəladır, keçmişdə “soyuqdəymə” koronaviruslarının özlərini necə apardığı da məlum deyil.

Hazırda dünyanı çənginə almış yeni tip koronavirus infeksiyasının gələcəyinə nikbin baxanlar düşünürlər ki, COVID-19 qışda uşaqlar məktəbə gedəndə və böyüklər evdə daha çox vaxt keçirəndə mövsümi xəstəlik kimi özünü göstərə bilər. Yoluxma dalğalarının əvvəlcə xüsusilə az adamın xəstələndiyi və ya peyvəndləndiyi yerlərdə böyük olması mümkündür. Bunun ardınca xəstəlik soyuqdəyməyə keçər. Yoluxanlar arasında həm uşaqların, həm böyüklərin çox olduğu ABŞ kimi ölkələrdə bu keçid tezliklə baş verə bilər.

Bununla yanaşı, bəzi alimlər daha ehtiyatlı proqnozlar verirlər. İndiyədək heç olmasa bir yerdə pandemiyanın öz-özünə yox olmasına dair inandırıcı dəlil yoxdur. Ola bilsin əvvəlki dörd mövsümi koronavirus həmişə SARS-CoV-2-dən daha yumşaq olmuşdur. Bəlkə də yeni tip koronavirus təkamül edərək üstün məziyyətlər əldə edəcək.

ÜST-ün fövqəladə hallar proqramının direktoru Maykl Rayan hesab edir ki, dövlətlər vaksinlərə, yaxud SARS-CoV-2-nin endemik olacağına çox da bel bağlamamalı, virusun yayılmasına mane olan tədbirlər görməyi davam etdirməlidir. Bu xəstələrin və ölənlərin sayını azaldacaq.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video