26 Iyul 2021 12:10
580
CƏMİYYƏT
A- A+

Koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə cari ilin üç ayı üzrə 29.6 milyon manatdan artıq müddətli əlavə və mükafat ödənilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən 2021-ci ilin fevral, mart və aprel ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 26.4 milyon manat, qeyri-tibb işçilərinə isə 3.2 milyon manat müddətli əlavə ödənilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl səhiyyə müəssisələrində çalışan tibb işçilərinə cari ilin fevral və aprel ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 23 min manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərti ilə 26 min 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

Aylar

Dövlət tibb müəssisələri üzrə

Özəl tibb müəssisələri üzrə

Könüllülər üzrə

Cəmi

Tibb işçiləri

Qeyri-tibb işçiləri

Fevral

5.8 milyon manat

(7177 nəfərə)

0.9 milyon manat

(2013 nəfərə)

7000 manat

(1 nəfərə)

12 000 manat

(48 nəfərə)

6.7 milyon 19 min manat

Mart

7.8 milyon manat

(7859 nəfərə)

1.1 milyon manat

(2045 nəfərə)

-

9500 manat

(38 nəfərə)

8.9 milyon  9.5 min manat

Aprel

12.8 milyon manat (10622 nəfərə)

1.2 milyon manat

(2226 nəfərə)

16 000 manat

(6 nəfərə)

5000 manat

(20 nəfərə)

14 milyon 21 min manat

Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən may ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 09 iyul tarixli 198 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi 2021-ci il avqustun 1-dək uzadılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video