31 Avqust 2021 18:06
1037
CƏMİYYƏT
A- A+

Koronavirus pandemiyası ilə əlaqədar sabahdan yeni qaydalar qüvvəyə minəcək

 

Daxili İşlər Nazirliyi (DİN) koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar sentyabrın 1-dən tətbiq olunacaq yeni qaydalarla bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, sentyabrın 1-dən başlayaraq pandemiya şəraitində toy, nişan, ad günü və digər şənlik mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı yeni qaydalar müəyyən edilib.

Təşkil edildiyi yerdən asılı olmayaraq (kafe, restoran, şadlıq sarayı, həyət, mağar və s.) şənlik mərasimləri 150 nəfərədək şəxsin iştirakı ilə keçirilə bilər.

Şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19 pasportu olmalıdır.

Şənlik mərasimlərinə gələn qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

“icaze.e-gov.az" portalında qeydiyyatdan yalnız ictimai iaşə müəssisələrində təşkil olunan şənlik mərasimləri keçirilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video