06:39 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirus bizdən güclü olmamalıdır

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:08 06.08.2021

 

Birlikdə olaq ki, qalib gələk

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son günlər verdiyi xəbərlər ürəkaçan deyil. Bir ildən çoxdur ki, dünyada durmadan yayılmaqda olan koronavirusa yoluxma və ölüm halları artıb. Vəziyyət regionda və qonşu ölkələrdə də mürəkkəbdir. Gürcüstanda koronavirusa 4 mindən çox yeni yoluxma halı qeydə alınıb. Hər gün bu ölkədə onlarla insan xəstəlik səbəbindən dünyasını dəyişir.

Türkiyədən gələn xəbərlərdən məlumdur ki, bu ölkədə də COVID-19-a yoluxma və ölüm sayı artmaqdadır. Rusiyaya gəldikdə isə, koronavirusla bağlı vəziyyət kifayət qədər gərgindir. Pandemiya başlayandan Rusiyada 6 milyondan çox yoluxma halı aşkarlanıb. Bu ölkədə xəstəlik hər gün yüzlərlə insanın həyatına son qoyur. Pandemiya dövründə Rusiyada ümumilikdə 160 mindən çox insan COVID-19 səbəbindən vəfat edib.

Azərbaycanda da son günlər yoluxma və ölüm sayı artıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, koronavirus infeksiyasına yoluxanların sayı 1000-ə yaxınlaşır. Pandemiya başlayandan Azərbaycan dövləti vacib və zəruri tədbirləri ardlcıl olaraq həyata keçirir. Yeni xəstəxanaların açılması, vaksinasiya prosesinin uğurla həyata keçirilməsi və digər işlər buna misaldır. Ancaq bir ildən artıqdır ki, hər birimiz üçün aydın olan bir həqiqət var.

Həyatımızı, sağlamlığımızı təhdid edən koronavirusa qalib gəlmək, bu ümumi bəlanı dəf etmək üçün hər kəs öz üzərinə düşən məsuliyyəti anlamalı və zəruri qaydalara əməl etməlidir. Və əslində, bu vacib və məsuliyyətli vəzifə o qədər də ağır deyil. Unudulmaması mühüm olan maska taxmaq, məsafə saxlamaq və gigiyenik tələblərə riayət etməkdir.

 

Zəruri qaydalar “unudulur”

 

Başa düşmək olar, qızmar yay günlərində maska taxmaq asan deyil. Amma nəzərə almalıyıq ki, açıq havada belə bir qadağa yoxdur. Yalnız qapalı məkanlarda, ictimai nəqliyyatda maska taxmaq lazım gəlir ki, bununla da hər kəs yalnız ətrafındakı insanların deyil, ilk növbədə öz sağlamlığının qayğısına qalmış olur. Təəssüf ki, alış-veriş yerlərində, ictimai nəqliyyatda çoxları bunu unudaraq ya maskadan düzgün istifadə etmir, ya da ümumiyyətlə laqeydlik göstərir.

Bu günlərdə Bakıda qapalı məkanlarda və ictimai nəqliyyatda reydlər keçirilib. DİN Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonunda maskadan istifadə etməyən şəxslər RPİ və DYP əməkdaşları tərəfindən  avtobuslardan düşürülüb. Eyni zamanda profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, həmçinin avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən  sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Paytaxtın Binəqədi rayonunda da analoji tədbir həyata keçirilib. İctimai nəqliyyat vasitələrində aparılan yoxlamalar zamanı xeyli sayda pandemiya qaydalarına əməl etməyən şəxslər aşkar edilib və onlarla profilaktik söhbətlər aparılıb. Pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda sərnişinlərin maskadan istifadə etməsinə birbaşa olaraq nəzarət etməli olan sürücülərə də xəbərdarlıq edilib.

 

“Bir-birimizə dəstək olaq, güclü olaq, qalib olaq”

 

Elə məsələnin maraqlı tərəflərindən biri də budur. Sərnişin daşıyan avtobuslarda, taksilərdə sürücülərin özlərinin maska taxmadıqlarının şahidi oluruq. Sərnişinlər də eyni qaydada ictimai nəqliyyata daxil olurlar. Doğrudur, avtobuslarda, taksilərdə sərnişinlərə maska taxmağın vacibliyini xatırladan yoxdur. Amma metroya qədəm qoyduğun andan, əslində, hər birimizin bildiyimiz və əməl etməli olduğumuz qaydalar dönə-dönə xatırladılır. Adətən, metroya daxil olarkən orada çalışan əməkdaşlar maska taxmayanlara xəbərdarlıq edirlər. Hər metrostansiyada da elan olunur: “Maska taxaq, məsul olaq, məsafə saxlayaq, diqqətli olaq, bir-birimiz naminə güclü olaq”, “Xahiş olunur maska taxın, aranızda məsafə saxlayın, koronavirus sosial məsuliyyətinizdən güclü olmasın”, “Məsafə saxlayaq, maska taxaq, bir-birimizə dəstək olaq, güclü olaq, qalib olaq”, “Xahiş edirik maskadan istifadə edin, məsafə saxlayın, özünüzü və ətrafınızdakı insanları qoruyun”.

Eskalatordan enərkən yenidən zəruri qaydalar və məsuliyyət daşıdıqları vəzifələr sərnişinlərə xatırladılır: “Koronavirusdan qorunmaq üçün evdə, işdə əllərinizi tez-tez yuyun, kütləvi yerlərə getməyin, piyada gəzməyə üstünlük verin, nəqliyyatdan az istifadə edin. Maska taxın, əks təqdirdə cərimə olunacaqsınız. Unutmayın, maska ağız və burun boşluğunu tam örtməlidir. Keçid və vestibüldə, eskalator və pilləkənlərdə, platformada və qatarda aranızda məsafə saxlayın, stansiya və qatarda maskanı ağız və burundan aşağı salmayın. İşarələnmiş oturacaqlarda əyləşməyin, bu hər birimizin məsuliyyətidir. Koronavirus bizdən güclü olmasın. Birlikdə olaq, güclü olaq, qalib olaq”.

Koronavirusa qalib gəlməyin bəlli olan yollarını yaddan çıxarırıqsa, sadə qaydalara əməl etməyə etinasızlıq göstəririksə, həm özümüzün, həm də başqalarının həyatını, sağlamlığını düşünmürüksə, həsrətində olduğumuz, darıxdığımız normal vəziyyətə qayıtmağımız mümkünsüz olacaq.

Bu gün çoxlarını maraqlandıran məsələlərdən biri də sentyabrda orta məktəblərin açılıb-açılmayacağıdır. Bununla bağlı danışmaq hələ tezdir. Çünki pandemiya ilə bağlı rəqəmlər artır.

 

Pandemiyanın bitməsi fərdlərdən asılıdır

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı və qurumun Avropa üzrə regional direktoru Hans Henri P. Kluge koronavirus pandemiyasının nə vaxt bitməsi ilə bağlı məsələdən danışarkən bunun fərdlərdən və hökumətlərdən asılı olduğunu diqqətə çatdırıblar: “Nələrin işə yaradığını bilirik, sübutumuz var. Ümid var. Özünüzü və digər insanları qorumaq pandemiyanı nəzarət altına almaq və tədricən sona çatdırmaq üçün çox vacibdir. Uzun yol qət etmişik və çətinliklərə davam gətirmişik. İndi ehtiyatı əldən verə bilmərik”.

Peyvəndlərin təhlükəsizliyi ilə bağlı məsələyə də aydınlıq gətirilib. Qeyd olunub ki, ÜST-ün fövqəladə hallarda istifadə siyahısında olan bütün peyvəndlər təhlükəsizdir və hazırda mövcud olan ştammlar da daxil olmaqla, COVID-19-dan ağır xəstələnmənin qarşısının alınmasında effektivdir. Peyvəndlərin bir çoxu fövqaladə hallar üçün, bəzisi isə ümumi təsdiqlənib. Cebhe.info ÜST-ün ümumi və fövqaladə hallar üçün nəzərdə tutulan peyvənd siyahısını araşdırıb. ÜST ilk dəfə COVID-19 əleyhinə “Pfizer” peyvəndini təsdiq edib. Bu barədə məlumat yanvarın 1-də təşkilatın “Twitter” hesabında yerləşdirilib. Təşkilatın sosial şəbəkə hesabında qeyd olunub ki, bu vaksin təhlükəsizlik və effektivlik parametrlərinə uyğundur.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM