13 Iyul 2013 02:07
451
PARLAMENT
A- A+

Koreya Respublikası Azərbaycanla əməkdaşlığa böyük önəm verir

 

İyulun 12-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Koreya Respublikası Milli Assambleyasının Milli müdafiə komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Koreya əlaqələri müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Z.Əsgərov bildirib ki, son illər Azərbaycan ilə Koreya Respublikasının parlament və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri intensiv xarakter alıb. "Bu isə onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Lakin iqtisadi əlaqələri daha da yüksəltmək üçün böyük potensial var. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi təxminən 800 milyon dollar olmuşdur. Azərbaycanda Koreya Respublikasının "Samsung", "LG", " Hyundai" kimi tanınmış şirkətlərinin nümayəndəlikləri çox uğurla  fəaliyyət göstərirlər".

Daha sonra qeyd edilib ki, Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş dövlətidir. Azərbaycan bütün sahələrdə region dövlətlərini üstələyir. Rəsmi Bakı hərbi cəhətdən güclənmək məcburiyyətindədir. Çünki Ermənistan işğalçılıq siyasəti yürüdərək qonşularına qarşı əsassız torpaq iddiaları irəli sürür. İşğalçılıq siyasətinin nəticəsində Ermənistan Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsini zəbt edib və etnik təmizləmə aparıb. BMT-nin Təhlükəsizlik Şurası bu münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymur. Azərbaycan bu münaqişənin beynəlxalq hüquqi normalarla həllinin tərəfdarıdır. Ermənistanın da bu normalara əməl etməsi çox vacibdir.

Koreya Respublikası Milli Assambleyasının Milli müdafiə komitəsinin birinci dərəcəli üzvü, nümayəndə heyətinin rəhbəri Ahn Gyu Bak qeyd etdi ki, Azərbaycan kimi inkişaf etmiş dövlətlə əməkdaşlıq etmək olduqca faydalıdır. Müdafiə sahəsində Koreyanın böyük təcrübəsi var. Biz Azərbaycanı dost ölkə hesab edirik və əməkdaşlığın təməlini möhkəmlədərək gələcək nəsillərə ötürməliyik. Azərbaycanın qısa müddətdə əldə etdiyi nailiyyətlərlə tanışıq. Hərtərəfli əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsinə biz də öz töhvəmizi verməyə çalışacağıq.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video