14 Avqust 2021 00:34
931
Elm və texnika
A- A+

Kompüterlər necə seçilməlidir

 

Kompüter seçərkən nələrə diqqət yetirməliyik? Bu suala cavab verməmişdən öncə onu nə məqsədlə istifadə edəcəyimizi dəqiqləşdirmək lazımdır.

Məqsəddən asılı olaraq kompüter seçimində üstünlük verəcəyimiz parametrlər də dəyişəcək. İş, oyun, filmə baxmaq və ya musiqi redaktəsi üçün fərqli prosessorlara ehtiyac duyulur. Prosessorun tezliyi nə qədər yüksəkdirsə, məhsuldarlıq da bir o qədər yüksək hesab olunur. Digər bir məqam isə sərt diskin həcminin böyük olmasıdır. Bu daha çox informasiyanı diskdə saxlamağa imkan verir.

Masaüstü kompüterlərin soyutma sistemi ilə bağlı demək olar ki, elə də ciddi problemlər olmur. Lakin notbuklar üçün bu məsələyə gərək xüsusilə diqqətli yanaşılsın. Keyfiyyətsiz soyutma sistemləri ilə təchiz edilmiş notbuklarda həddindən artıq qızma halı baş verir ki, bu da öz növbəsində kompüterin sıradan çıxmasına səbəb olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video