29 Yanvar 2012 12:01
609
Oxucu məktubları
A- A+

Kömək istəyirik

 

Şabran şəhərinin abadlaşdırılmasına başlananda çox sevindik. Küçə və meydanların yenidən qurulması, istirahət mərkəzlərinin yaradılması nəzərdə tutulan yenidənqurma işlərinin ilkin mərhələsini təşkil edirdi. Amma sevincimiz uzun sürmədi.

Şəhərin mərkəzi küçələrində su-kanalizasiya xətlərinin dəyişdirilməsi məqsədilə qazıntı işlərinə başlanandan bir müddət sonra hər şey yarımçıq qaldı. Bildiyimizə görə, yarımçıq işləri başa çatdırmaq "Ramko" şirkətinə həvalə olunub. Amma aylar ötsə də, qış qapını döysə də, Mirzə Fətəli Axundzadə, Xəqani, Nizami küçələrində işlər hələ də yarımçıq qalıb. Yağışlı-qarlı günlərdə bu küçələrdə gediş-gəliş xeyli çətinləşib. Ən çox əziyyət çəkən isə məktəb yaşlı uşaqlar və yaşlı sakinlərdir. Məsələ ilə bağlı dəfələrlə müxtəlif təşkilatlara üz tutsaq da, nəticəsi olmayıb. Hər dəfə söz verirlər ki, yarımçıq qalan işlər yaxın vaxtlarda tamamlanacaq. Amma vədə əməl olunmur. Görəsən bu nə vaxtadək belə davam edəcək? Bəlkə bu suala cavab almaqda siz bizə kömək edəsiniz!

Hörmətlə,

 

Ümidşah Ağababayev, Rizvan Rizvanov, Soltan Hacıyev və başqaları

cəmi: 12 imza

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video