19 Yanvar 2012 12:01
276
SİYASƏT
A- A+

Kolumbiyanın Xarici İşlər Nazirliyi: «Azərbaycan xalqının 1991-ci ildə uğurla başa çatmış öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşırıq»

 

Kolumbiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Meksikadakı səfirliyinə 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota daxil olmuşdur.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, notada 1990-cı il yanvarın 20-də Sovet İttifaqı tərəfindən Azərbaycan xalqına qarşı təcavüz zamanı baş vermiş Qara Yanvar kimi tanınan hadisələrə istinadən bildirilmişdir ki, Kolumbiyanın xarici siyasət idarəsi 1991-ci ildə uğurla başa çatmış Azərbaycan xalqının öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşdığını təsdiq edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video