12 Noyabr 2021 10:22
985
SİYASƏT
A- A+

Kolumbiya Senatı Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib

 

Kolumbiya Senatının Xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illiyi və Vətən müharibəsindəki qələbəmizin birinci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

AZƏRTAC xəbər verir ki, sənəddə sözügedən əlamətdar günlərlə əlaqədar “qardaş Azərbaycan xalqına” təbriklər çatdırılır, ölkəmizin bundan sonra da çiçəklənmə yolu ilə irəliləyəcəyi və Kolumbiyanın xalqlarımızın rifahı naminə tərəfdaşı Azərbaycanla əməkdaşlığı davam etdirəcəyinə əminlik ifadə olunur.

Sonra ötən il Vətən müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi, bu yolla BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra edilməsi və Qafqazda sülhün bərqərar olunması alqışlanır.

Bəyanatda, həmçinin məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıdışının təşkili məqsədilə Azərbaycanın azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasına, eləcə də regionda davamlı sülhün təmin edilməsinə yönəlik səyləri dəstəklənir.

Sonda vətəninin ərazi bütövlüyü uğrunda canından keçmiş soydaşlarımızla əlaqədar dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həmrəyliyi və başsağlığı diləkləri çatdırılır və qazilərimizə şəfa arzu edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video