16 Sentyabr 2019 21:34
1382
Səhiyyə
A- A+

Kökəlmək istəyənlər gün ərzində dörd dəfə qidalnmalıdırlar


Arıqlamaq, artıq çəkidən xilas olmaq problemi ilə üzləşənlər olduğu kimi kökəlmək istəyənlər də var. Onlar iki yerə bölünür: iştahsızlıq problemi olanlar və lazımi qədər qidalansalar da, kökələ bilməyənlər.

Həkim-fitoterapevt Elnur Eldaroğlu həmin problemi şərh edərkən deyib: "Elə adamlar var ki, aclıq hissinin yoxluğundan, qidalanmaq həvəsinin olmamasından şikayətlənir. Qidaya həvəsin olmaması nevrogen və endokrin mənşəli ola bilər. Məsələn, anorik nevrozla üzləşənlər həm çox arıq olur, həm də bir növ yeməkdən küsürlər. Bəzi endokrinoloji xəstəliklər, məsələn, şəkərli diabet zamanı belə hallar olur. Bəzən də hər cür qidalanmaya baxmayaraq, kökəlmənin baş verməməsi hər hansı bir xroniki, parazitar və infeksion xəstəliklərlə əlaqədar ola bilər”.

Problemi aradan qaldırmaq üçün düzgün və sağlam qidalanmaq lazımdır. Qidalanma barəsində danışarkən həkim-fitoterapevt deyib: "Gün ərzində dörd dəfə qidalanmaq məsləhət görülür: birinci və ikinci səhər yeməyi, günorta və axşam. Həmin vaxt qida qəbul etmədikdə aclıq hissi itir. Bəzən ayaqüstü qidalanmaq, yüngül qəlyənaltı etmək də kalori və doyma hissi yarada bilir, lakin lazımi vitamin deposu vermir. Məsələn, ikinci səhər yeməyi zamanı kisel və ya meyvə şirələri içmək məsləhət görülür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video