14 Dekabr 2011 02:12
427
Mədəniyyət
A- A+

Kiyevdə «Heydər Əliyev: Deyilən söz yadigardır» kitabının təqdimatı olmuşdur

 

krayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) AzərTAc-a bildirmişlər ki, Kiyevdə UAGB-nin  təşəbbüsü ilə Regionlararası Heyətin İdarəolunması Akademiyasında "Heydər Əliyev: Deyilən söz yadigardır" aforizmlər kitabının təqdimat mərasimi keçirilmişdir.

Ukraynanın elm və təhsil  adamları, Azərbaycan səfirliyinin  əməkdaşları, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndələri, Azərbaycan diasporunun  və UAGB-nin  fəalları əvvəlcə ümummilli lider Heydər Əliyevin Kiyev şəhərində adını daşıyan Sosial Elmlər İnstitutunun qarşısındakı büstünün önünə tər çiçəklər qoymuş, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarının xatirəsinə dərin hörmət və ehtiramlarını bildirmişlər. 

Sonra akademiyada ulu öndərin kəlamlarından bəhs edən "Heydər Əliyev: Deyilən söz yadigardır" kitabı Ukrayna elmi ictimaiyyətinə təqdim olunmuşdur.

Təqdimat mərasimində Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxış edərək, ulu öndərin müstəqil Azərbaycan dövlətinin  qurulmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışmış, ümummilli liderin müdrik kəlamlarından ibarət kitabın  Ukrayna və Azərbaycan dillərində nəşr olunmasını indiki və gələcək nəsillər üçün ən dəyərli töhfə kimi  qiymətləndirmişdir. 5 min nüsxə ilə çap olunmuş milli yaddaş kitabı UAGB-nin təşəbbüsü ilə dekabrın 12-də Ukraynanın bir sıra ali təhsil ocaqlarının tələbələrinə və milli kitabxanalarına paylanmışdır. Tədbirdə Regionlararası Heyətin İdarəolunması Akademiyasının prorektorları İqor Pilyayev və Nikolay Qolovatıy çıxış edərək dünyanın siyasi arenasında bəşəri təfəkkür sahibi kimi tanınan dahi Heydər Əliyevin vaxtilə söylədiyi kəlamların  bu gün hər bir xalqın yaddaşına müdriklik təcəssümü kimi daxil olduğunu vurğulamışlar.

Mərasimdə Dünya Azərbaycanlıları Konqresi Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəsi Elçin Məmmədov, kitabın tərtibçisi Möhsüm Aslanov, Ukrayna Azərbaycanlıları Konqresi ali məclisinin sədri Akif Gülməmmədov, UAGB-nin sədri Anar Tahirov, "İşıq" müsəlman cəmiyyətinin sədri Əbülfəz Qasımov və digər soydaşlarımız çıxış edərək, dünya azərbaycanlılarının milli dövlətçilik ideologiyası ətrafında birləşməsində tarixi xidmətləri olan ümummilli liderin xatirəsinin heç zaman unudulmayacağını vurğulamışlar.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video