18:17 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

KİV: Tayvanda baş verən yanğında ölənlərin sayı 40 nəfəri ötə bilər
ANA SƏHİFƏ / DÜNYA
15:18 14.10.2021

 

İlkin məlumata əsasən, Tayvanın cənubunda yerləşən Qaosyun şəhərindəki yaşayış binasında baş verən yanğın nəticəsində həlak olanların sayı 40 nəfəri ötə bilər.

AZƏRTAC Tayvanın Mərkəzi İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhərin Yanğınsöndürmə Xidmətinin rəisi Li Sinsyu bildirib. Onun sözlərinə görə, indiyədək 12 nəfərin öldüyü təsdiqlənsə də, binadan çıxarılan 40-a yaxın insanda həyat əlamətləri görünmürdü. Eyni zamanda, həkimlər xilas edilən 67 nəfərdən 14-nün vəziyyətini çox ağır qiymətləndirir.

Qeyd edək ki, gecə saatlarında Tayvanın cənubunda yerləşən Qaosyun şəhərində 13 mərtəbəli yaşayış binası yanıb. Hazırda yanğın söndürülüb və binada axtarış-xilasetmə işləri davam edir. Xilasedicilər həlak olanların sayının artacağını istisna etmirlər. İlkin məlumata görə, binada əsasən yaşlı, demensiyadan əziyyət çəkən 120-dək insan yaşayırdı.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM