06 May 2012 01:05
332
Mədəniyyət
A- A+

«Kitabxanalar ili» tədbirlər silsiləsində

 

Kitabxanaların  daşıdığı funksiyanın şəbəkəsi daim genişlənməkdədir. Bu sahədəki yeniliklərin məqsədi birdir: oxucu-kitab münasibətlərini daha da zənginləşdirmək.

Bu mənada "Kitabxanalar ili" mühüm əhəmiyyət daşıyır.  2012-ci ilin "Kitabxanalar ili" elan edilməsi  ilə əlaqədar təşkil olunan tədbirlər davam etməkdə və əhatə dairəsi genişlənməkdədir. Gəncə  Şəhər İcra Hakimiyyəti başçısının  imzaladığı sərəncam  da bu məqsədi daşıyır. Bununla əlaqədar şəhər kitabxana-informasiya sisteminin təkmilləşdirilməsi, kitabxanaların modernləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi kimi vacib məsələlərin həlli nəzərdə tutulub.

Belə tədbirlər Xaçmaz və Quba rayonlarında da keçirilməkdədir. Quba Rayon Mərkəzi Kitabxana Sisteminin təşkil etdiyi kitab sərgisində oxuculara müxtəlif mövzulu  əsərlər təqdim olunub.

Xaçmaz rayonunun bir  çox kəndlərində "Mütaliə həftələri"nin keçirilməsi, həmçinin respublikada ilk multimedia mərkəzlərindən birinin də burada  yaradılacağı nəzərdə tutulub.

 

Məhəmməd SADIQZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video