14:14 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
ANA SƏHİFƏ / FƏRMANLAR
01:19 29.12.2019


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 593 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. "Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 167; 2002, № 8, maddə 482; 2006, № 9, maddə 743; 2007, № 6, maddə 601) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci və ikinci bəndlərində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

1.2. üçüncü və dördüncü abzaslar aşağıdakı redaksiyada verilsin:

"həmin Qanunun 7-ci maddəsinin üçüncü hissəsində, 8-ci maddəsinin beşinci hissəsində, 10-cu maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin dördüncü hissəsində, 17-ci, 18-ci maddələrində, 28-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində nəzərdə tutulmuş "orqanın (qurumun) kitabxanası” və ikinci bəndində nəzərdə tutulmuş "orqanın (qurumun) kitabxanaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq təsdiq etdiyi kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasında müəyyən edilirlər;”;

1.3. ikinci-yeddinci abzaslar müvafiq olaraq 2.1-2.6-cı bəndlər hesab edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində nəzərdə tutulmuş "orqanın (qurumun) kitabxanası”nı və ikinci bəndində nəzərdə tutulmuş "orqanın (qurumun) kitabxanaları”nı, onların hər birinin adını göstərməklə, həmin Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq təsdiq etdiyi kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydasında bir ay müddətində müəyyən edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2019-cu il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM