02:32 18 May 2021
ONLINE XƏBƏR LENTİ
00:45 18.05.2021

Qarabağın MEHMANDARLARI


00:33 18.05.2021

Qarabağın zirvə tacı


00:32 18.05.2021

Şuşa, sən azadsan!


00:31 18.05.2021

Şuşanın Bülbülü…


00:29 18.05.2021

BİLDİRİŞ


00:28 18.05.2021

BİLDİRİŞ


00:27 18.05.2021

BİLDİRİŞ


00:26 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


00:25 18.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyası çap olunub

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:26 10.04.2021

 

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyası “Elm” nəşriyyatında çap olunub. İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyasında ilk dəfə olaraq bu məşhur Azərbaycan Oğuznaməsindən ədəbiyyatımızın ortaq başlanğıc dövründə canlı ifadə və şifahi yaddaş əsasında yaradılmış yazılı ədəbiyyat abidəsi kimi bəhs etmişdir.

Monoqrafiyada İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud”la bağlı aparılmış tədqiqatlardan söz açaraq, bu möhtəşəm ədəbi abidənin Azərbaycan yazılı ədəbiyyatının başlanğıcı olması tezisini tutarlı faktlarla isbat etmişdir. Bu məqsədlə “Kitabi-Dədə Qorqud”un adındakı “kitab” sözünün mahiyyəti aydınlaşdırılmış, eposun şifahi xalq ədəbiyyatı ənənəsində olduğu kimi çoxvariantlı deyil, təkvariantlı olması nəzərə çatdırılmış, Dədə Qorqudun tarixdə yaşamış şəxsiyyət olması müəyyən edilmişdir. Həmçinin müəllif “Kitabi-Dədə Qorqud”da Azərbaycan və türk folklorunda sələfi olmayan və ilk dəfə bu eposda təqdim edilən obrazların olması da həmin oğuznamənin yazılı ədəbiyyatın yaranma prinsiplərinə uyğun gələn xüsusiyyəti kimi diqqətə çatdırmışdır.

Akademik İsa Həbibbəyli Dədə Qorqudu Azərbaycan ədəbiyyatının Homeri adlandırmış, Azərbaycan oğuznaməsini “İlliada” və “Odisseya” ilə müqayisə etmişdir. Beləliklə, ilk dəfə “Dədə Qorqud” eposundan epopeya kimi bəhs edilmişdir.

Monoqrafiyada “Kitabi-Dədə Qorqud”un əlyazma nüsxələri haqqında geniş məlumat verilmiş, boyların ideya-sənətkarlıq xüsusiyyətləri müasir təfəkkür işığında yenidən şərh olunmuşdur. Həmçinin “Kitabi-Dədə Qorqud”un poetikası sistemli şəkildə təhlil edilmiş, boylardakı boylama (təhkiyə) və soylamaların (tərənnüm üsullarının) xüsusiyyətləri izah olunmuş, Dədə Qorqud şeirinin janrları və bənzərsiz məcazlar sistemi müəyyənləşdirilmişdir. Müəllif “Kitabi-Dədə Qorqud”u Azərbaycan xalqının Ata kitabı adlandırmışdır.

Xalq yazıçısı Anarın kitaba yazdığı “Ədəbiyyat tariximizin Dədəsi” adlı ön sözdə İsa Həbibbəylinin irəli sürdüyü müddəalar və gəldiyi nəticələr aşağıdakı kimi dəyərləndirilmişdir: “Tapılmış dəlil-sübutlar “Kitabi-Dədə Qorqud”un Homersayağı şifahi şəkildə yazılmış ilk yazılı abidəmiz olmasına haqq qazandırır. Bütün bunlardan sonra İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”un janrını təyin etməsi, bu abidəni roman-epopeya adlandırması da əsaslı görünür”.

Kitabın üz qabığında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevin ağac üzərində ərəb əlifbası ilə “Dədə Qorqud” sözləri yazılmış xəttatlıq sənəti nümunəsinin fotosürəti əks olunub. Giriş, dörd fəsil və nəticədən ibarət olan 280 səhifəlik monoqrafiyada rus dilində irihəcmli xülasə verilmişdir. Monoqrafiyanın məsul redaktorları filologiya üzrə fəlsəfə doktorları İsmixan Osmanlı və Aygün Bağırlıdır.

 

Y.MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM