10:25 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kimyaçılar üçlü atom matryoşkası qurublar
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
12:02 15.02.2012

 

Münhen Texniki Universitetinin (Almaniya) alimləri bir-birinin içərisində yerləşdirilən molekullardan ibarət mürəkkəb komplekslərin alınması üçün yeni metod hazırlayıblar. Alimlər tək bir atomu başqa atomlardan ibarət məhəccərə, bunu da daha böyük digər atom qəfəsinə yerləşdirə biliblər. Əvvəlcə 1 qalay atomu  12 mis atomundan ibarət "sandıqça"ya salınıb, sonra bu "dəst"  digər 20 qalay atomundan hörülmüş kristallik "qilaf" içərisinə "oturdulub". Demək olar ki, bu bürüncdür, amma çox qeyri-adi quruluşda olan maddədir.

Alman mütəxəssislərin metodikası əsasında eksperimental məqsədlər naminə tək-tük deyil, külli miqdarda atom matryoşkası qurmaq mümkündür. Novatorların fikrincə, tünd boz rəngdə toz kimi görünən yeni strukturlu maddədən perspektiv vəd edən katalizator kimi yararlanmaq olar. Belə ki, ənənəvi üsulla - duzların qarışdırılması və bu məhluldan metal nano-hissəciklərin çökdürülməsi yolu ilə alınan metal katalizatorların zərrələri  müxtəlif ölçülərdə olur. Yeni metod isə bu hissəciklərin daha  narın struktur və ölçülərdə alınmasını təmin etməyə imkan verir.

Bu qeyri-adi tərkibli maddə belə alınıb: kimyaçılar ilk olaraq mis və qalay qarışığını arqon atmosferində (mühitində) əridərək təmiz bürünc alıblar. Sonra bu qarışıq tantaldan (çox çətin əriyən və nadir metaldır) düzəldilmiş ampula qələvi metalla (növbə ilə kalsium, natrium, rubidium və sezium istifadə edilib) yerləşdirilib. Bu qarışıqla puta (içində metal əritmək üçün nəzərdə tutulmuş odadavamlı qab) 600-800 dərəcəyə qədər qızdırılıb. Proses zamanı qələvi metallar qayçı kimi xəlitə strukturunu kiçik hissəciklərə - çoxbucaqlı atom birləşmələrinə doğrayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM