10 Noyabr 2021 14:10
1371
İDMAN
A- A+

“Keşlə” klubunun adının dəyişdirilərək Şamaxını təmsil etməsi müzakirə olunub

 

Şamaxı şəhər stadionunun istismara verilməsi ilə əlaqədar AFFA və “Keşlə” futbol klubu arasında müzakirə aparılıb. Bölgələrdə futbolun inkişafına dəstək verilməsi, stadionun səmərəli və müntəzəm istismarı, azarkeş marağının artırılması məqsədilə “Keşlə” klubuna “Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub. Bununla əlaqədar “Keşlə” klubunun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə “Keşlə” klubunun adının dəyişdirilərək “Şamaxı” adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. “Şamaxı”nın “Keşlə”nin hüquqi varisi hesab olunması üçün AFFA və klub tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və bu məsələ müsbət həllini tapdıqdan sonra dəyişikliklər həyata keçiriləcək.

“Keşlə”nin aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonunadək Bakıda fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın və AFFA-nın maliyyə dəstəyi ilə inşa edilib və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq.

UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, A milli komandasından başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.

Stadionun 2021-ci il noyabrın 1-də keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video